Mojo.az Banner
21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |     19:25 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib  |     19:20 Payızda saç tökülməsi niyə artır? - Trixoloq açıqladı  |     19:14 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI  |     19:14 18 yaşlı tələbə qızın meyiti soyuducuda tapıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Ehtiyat zabit hazırlığı kursu"nun növbəti buraxılışı olub

11.11.2025 18:47 552
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, zabit və müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Tədbirdə çıxış edən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi polkovnik Nizami Mövlanov gənc zabitləri Müdafiə Nazirliyinin rəhbərliyi adından "leytenant" hərbi rütbəsinə layiq görülmələri münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra məzunlara sertifikatlar təqdim olunub, kurs birincisi leytenant Rahidə Şahverdiyeva tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin çıxışları ilə sona çatıb.скачать dle 11.3
Mojo.az Banner