Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Donald Tramp: "Hazırda Ağ Ev Si Cinpini qəbul etmək üçün münasib deyil"

11.11.2025 11:48 426
Donald Tramp:
ABŞ Prezidenti Donald Trampın fikrincə, Ağ Ev binasının indiki durumu böyük dövlət tədbirlərinə, o cümlədən ÇXR Sədri Si Cinpini qəbul etməyə imkan vermir.

Bu barədə "Fox News" telekanalı məlumat yayıb.

"İndi biz əgər Çin Sədri Si Cinpini qəbul etsək və ya hər hansı bir böyük dövlət tədbiri keçirsək, bunun üçün sadəcə yerimiz olmayacaq", - deyə o, telekanala müsahibəsində bildirib.

ABŞ prezidenti oktyabrda Çin lideri ilə danışıqlarından sonra gələn ilin aprelində Pekinə səfər etmək niyyətində olduğunu bəyan edib. Bildirilir ki, Çin lideri Si Cinpin bundan sonra Florida ştatındakı Palm-Biç malikanəsinə və ya Vaşinqtona səfər edə bilər.

Bu ilin iyulunda Tramp Administrasiyası Ağ Evdə 200 milyon dollarlıq bal salonu inşa edilməsi barəsində qərar qəbul edib. Yeni məkan Ağ Evin 1902-ci ildə tikilmiş şərq qanadının yanında yerləşməlidir. Tədbirlər zamanı 650-yə qədər insan qəbul edə biləcək salonun sahəsi 8.4 min kvadratmetr olacaq. İnşasına oktyabrda start verilən məkan 2029-cu ilin yanvarında - Trampın ikinci prezidentlik müddətinin sonuna qədər hazır olmalıdır.скачать dle 11.3
Mojo.az Banner