Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Alimlər Altsheymer xəstələrinin yaxınlarını unutmalarının səbəbini tapıblar

10.11.2025 12:51 894
Alimlər Altsheymer xəstələrinin yaxınlarını unutmalarının səbəbini tapıblar
Virciniya Universitetinin Tibb Məktəbinin alimləri Altsheymer xəstəliyindən əziyyət çəkən insanların niyə yaxınlarını tanımaq qabiliyyətini itirdiklərinə dair mümkün izah tapıblar.

Müvafiq araşdırma "Alzheimer"s & Dementia" jurnalında dərc olunub.

Tədqiqatçıların fikrincə, bu halın səbəbi sosial xatirələrin yadda saxlanmasına cavabdeh olan beyin strukturlarının - qoruyucu neyron şəbəkələrinin dağılmasıdır.

Bu strukturlar hippokampın CA2 neyronlarını əhatə edən perineyronal şəbəkələrdir. Onlar hüceyrələrarası matrisdən ibarətdir və neyronlar arasında sabit əlaqə saxlayaraq, tanış insanları xatırlamaq və yeni sosial xatirələr formalaşdırmaq qabiliyyətini təmin edir.

Alimlər siçanlar üzərində apardıqları təcrübələrdə göstəriblər ki, bu şəbəkələr zədələndikdə heyvanlar tanış fərdləri bir-birindən ayırd edə bilmirlər, baxmayaraq ki, obyektləri yadda saxlama qabiliyyətləri qorunur. Daha sonra komanda bu strukturları dağıdılmadan qoruyan preparatları sınaqdan keçirib - nəticədə, müalicə olunan siçanlar sosial yaddaşlarını saxlayıblar.

Qeyd edilir ki, bu kəşf Altsheymer xəstəliyinin profilaktikası və müalicəsi üçün yeni imkanlar açır.

Son xəbərlər