Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

İşdən çıxarılan direktor təhsil idarəsini məhkəməyə verib

08.11.2025 15:12 699
İşdən çıxarılan direktor təhsil idarəsini məhkəməyə verib
İşdən çıxarılan məktəb direktoru məhkəməyə müraciət edərək işinə bərpa olunmasını istəyib.

Median.Az
"Teleqraf"a istinadla xəbər verir ki, Mingəçevir şəhər M.Hüseynzadə adına 3 saylı tam orta məktəbin direktoru olmuş Gültəkin Quliyeva məhkəməyə müraciət edərək, işə bərpa olunmasını və işsiz qaldığı dövr üçün əməkhaqqının ödənilməsini tələb edib.

İddiaçı bildirib ki, o, 2019-cu ildə M.Hüseynzadə adına 3 saylı məktəbə direktor təyin edilib. Bundan əvvəl isə 2013-2019-cu illərdə Mingəçevir şəhər 19 saylı məktəbin direktoru vəzifəsində çalışıb. Onun sözlərinə görə, hər iki məktəbdə tədrisin keyfiyyətinin yüksəlməsinə nail olub.

Gültəkin Quliyeva qeyd edib ki, dünya görüşünə və rəhbərlik təcrübəsinə görə 2024-cü ildən seçki məntəqəsi sədrliyinə cəlb edilib. Seçki məntəqəsi sədri kimi fəaliyyət göstərdiyi müddətdə əmək qanunvericiliyinə əsasən, onun iş yeri və əməkhaqqısı saxlanılmalı olduğu halda direktor vəzifəsindən azad edilib.

İddiaçı bunu qanunsuz hesab edərək Elm və Təhsil Nazirliyinin tabeliyində olan Mərkəzi Aran Regional Təhsil İdarəsinin işdən çıxarılma barədə əmrin ləğvini, əvvəlki vəzifəsinə bərpa olunmasını və məcburi işsizlik dövrünə görə əməkhaqqının ödənilməsini tələb edib.

Təhsil idarəsi isə direktorun pensiya yaşına çatmasını əsas gətirərək, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndi ilə işdən azad edib.

Yevlax Rayon Məhkəməsi Gültəkin Quliyevanın iddiasını təmin etməyib.

Son xəbərlər