Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib

07.11.2025 23:04 708
VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində, Əl-Cənadriyah mərkəzində VI İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki , Bakı vaxtı ilə saat 21:00-da start götürən tədbirdə əvvəlcə indiyədək yarışa ev sahibliyi etmiş ölkələrin adları böyük ekranda nümayiş etdirilib. Həmin ölkələr arasında 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş Azərbaycanın da adı yer alıb.

Maraqlı rəqs və işıq şoularından sonra idmançıların rəsmi paradı baş tutub. Azərbaycan nümayəndə heyəti paradın birincisi olaraq səhnədən keçib. Üçrəngli bayrağımızı voleybolçu Nilufər Ağazadə və ağırlıqqaldıran Dadaş Dadaşbəyli daşıyıblar.

Daha sonra təşkilatçı ölkə Səudiyyə Ərəbistanının və yarışın bayraqları səhnəyə gətirilərək ucaldılıb və VI İslam Həmrəyliyi Oyunları rəsmi olaraq açıq elan edilib.

Qeyd edək ki, Azərbaycanı yarışlarda 20 idman növü üzrə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkədən idmançılar 23 növdə medallar uğrunda mübarizə aparacaqlar.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Son xəbərlər