Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Qəhrəman Pəncəli Teymurovun anası: "İnanırdım ki, Prezidentimiz oğluma yüksək dəyər verəcək"

07.11.2025 19:24 495
Milli Qəhrəman Pəncəli Teymurovun anası:
"Oğlumun qəhrəman olduğunu bilirdim və inanırdım ki, dövlət başçısı oğluma yüksək dəyər verəcək".

Median.Az
APA-ya istinadən xəbər verir ki, bunu şəhid Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Teymurova deyib.

"Bu gün Zəfərimizin 5-ci ildönümü ilə bağlı Ali Baş Komandan İlham Əliyev bizi ikiqat sevindirdi. Allah ona cansağlığı versin. Prezidentimizə, Birinci vitse-prezidentimiz Mehriban Əliyavaya təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin", - Vahimə Teymurova əlavə edib.

Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Famil Teymurov deyib ki, bu gün ailəsinin sevincinin həddi-hüdudu yoxdur: "Cənab prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. 8 Noyabr - Zəfər Günü münasibətilə tədbirdə idim. Prezident İlham Əliyevin qardaşım Pəncəli Teymurovla bağlı Sərəncam imzalaması, ona Milli Qəhrəman adı verməsi barədə məlumat aldım. Xəbəri eşidəndə sevincdən gözlərim doldu. Dövlət başçısına təşəkkürümüzü bildirirəm. Allah Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizə rəhmət eləsin".скачать dle 11.3
Mojo.az Banner