Mojo.az Banner
14:33 Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - 23.07.2026  |     14:25 Dünyada yanacaq tədarükü təşvişi - NEFT BAHALAŞDI  |     14:20 Bakıda binalardan birində liftlərin fəaliyyəti dayandırıldı  |     14:13 Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır  |     14:05 ABŞ Səudiyyə Ərəbistanının dinc nüvə proqramını dəstəklədi  |     14:00 Avropada anomal istilərin səbəbi açıqlanıb  |     13:54 Yay mövsümündə dişləri zədələyən əsas amillər - Mütəxəssisdən vacib tövsiyələr  |     13:45 Xəzərdə batmaqda olan iki nəfər XİLAS EDİLDİ  |     13:40 Nabranda FACİƏ: 17 yaşlı qız dənizdə boğuldu  |     13:31 Nigar Rüstəmliyə yüksək vəzifə verildi  |     13:30 Venesuelada zəlzələ qurbanlarının sayı artır: Son statistika açıqlandı  |     13:01 "Qarabağ"ın rəqibinin futbolçusu: "Bizim üçün heç-heçə məğlubiyyətə bərabərdir"  |     12:51 "Arzum" həbsdən BURAXILDI  |     12:45 Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi  |     12:39 Qızıl və gümüş bahalaşmaqda davam edir  |     12:25 Alkoqolsuz içki adı ilə ölkəyə ölkəyə külli miqdarda psixotrop maddə keçirmək istədilər - Video  |     23:02 2026-cı ilin ən fəal startap investorlarının reytinqi açıqlandı  |     22:55 Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı  |     22:46 Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır  |     22:40 "AliExpress" 629 milyon dollar cərimələndi  |    
Left Banner
Right Banner

Mühafizəçi direktorun evindən antik əşyalar oğurlayıb - 200 minlik cinayətin DETALLARI

06.11.2025 12:40 405
Mühafizəçi direktorun evindən antik əşyalar oğurlayıb - 200 minlik cinayətin DETALLARI
Ali Məhkəmədə Əməkdar mədəniyyət işçisi, Səttar Bəhlulzadə adına sərgi salonunun direktoru, əntiq və qədimi əşyaların satışı ilə məşğul olan məşhur kolleksioner Elçin Orucovun evindən oğurluq etməkdə təqsirləndirilən Üzeyir Kərimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

İttihama görə, Üzeyir Kərimov Əməkdar mədəniyyət işçisinin yaşadığı binada mühafizəçi vəzifəsində işləyib. Təqsirləndirilən şəxs işlədiyi dönəmdə Elçin Orucovun etimadını qazanaraq, onun evinin qarajından 200 min manatdan artıq əşyaları oğurlayıb.

Üzeyir Kərimov ilk oğurluqda zərərçəkmişin mülkiyyətində olan ümumi dəyəri 5800 manat dəyərində ayaqqabıları, 4 fotoaparatı, kişi üçün nəzərdə tutulmuş qış kürkünü və 400 manat dəyərində qab-qacaq dəstini, xəz şubanı aparıb.

Bundan sonra təqsirləndirilən şəxs yay ayında Elçin Orucovun bağ evinə köçməsindən istifadə edərək, ümumi dəyəri 196 000 manatlıq əşyaları oğurlayıb. Onun oğurladığı əşyalar arasında:

- Bir ədədi 2000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XIX əsrə aid olan "Molniya" markalı cib saatı;

- Bir ədəd qızılı rəngli üzərində qədimi naxışlar olan 750 manat dəyərində qab;

- Üzərində "Azerbaijan Carpet" yazısı olan göy rəngli bir ədəd çantanın içərisində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən, Cənubi Azərbaycan Təbriz xalçaçılıq məktəbinə aid 165x110 ölçüsündə və XX əsrin sonlarına (1990-2000-ci illərə) aid olan, qarışıq ipək saplarla toxunmuş bir ədəd böyük və iki ədəd kiçikölçülü ümumilikdə 5000 manat dəyərində xalçanı;

- Hər biri 2000 manat dəyərində olan, xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XX əsrin birinci yarısına aid olan 2 ədəd şamdan;

- Hər biri 3000 manat dəyərində olan, xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XX əsrin birinci yarısına aid şüşə materialından tutacaqlı və qapaqlı 2 ədəd qrafin;

- 1000 manat dəyərində gümüş 2 ədəd çaxır badəsi;

- Bir ədəd 500 manat dəyərində suvenir xəncər;

- Bir ədəd qara rəngli, 21 000 manat dəyərində xəz gödəkçə;

- Bir ədəd qara rəngli, 13 000 manat dəyərində "Roberto Cavalli" markalı xəz gödəkçə;

- Bir ədəd qara rəngli, 7000 manat dəyərində "Francesco Scognaniglio" markalı xəz gödəkçə;

- Brend markalı, ümumi dəyəri 10 000 manat təşkil edən 8 ədəd qadın ətiri;

- Bir ədəd içərisindəki sənədin üzərində "Orucova" soyadı qeyd olunmuş original "Rolex" saatı;

- Brend markalı, ümumi dəyəri 10 000 manat olan 3 ədəd qadın ziyafət donu və digər qiymətləri əşyaları oğurlayıb.

Məhkəmədə Üzeyir Kərimov ona elan olunmuş ittiham üzrə ifadəsində Elçin Orucovun evinə girməyini və oradan bəzi əşyaları oğurladığını təsdiq edib. Məhkəmədə verilən suallara cavab olaraq bildirib ki, Elçin Orucovun evinə 3-4 dəfə girib. Evin açarını qarajdan açar qabından götürüb. Qarajın pultu isə daima onda olub. Oğurlanan xalçanın və bakalın tarixi əhəmiyyətli olmasını bilməyib.

Məhkəmənin hökmü ilə Üzeyir Kərimov Cinayət Məcəlləsinin 177.3.2 və 183.1-ci maddələri ilə təqsirləndirilib və 8 il müddətə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner