Mojo.az Banner
20:14 Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı  |     20:08 Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi: Evlərini ala bilmirlər (VİDEO)  |     19:56 Aleksandr Plyuşenkonun Azərbaycan yığmasında debüt edəcəyi turnirlər açıqlandı  |     19:51 NATO "AWACS" radar təyyarələrini İsveç-Kanada istehsalı olan "GlobalEye" ilə əvəz edir  |     19:49 Paşinyan İrana gedir  |     19:38 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     19:32 Sabiq idarə rəisi 600 minlik mənimsəmədə ittiham olunur  |     19:31 "Qəbələ" milli komandamızın qolkiperi barədə qərar verdi  |     18:52 Qazaxda yeniyetmə çayda batıb  |     18:49 Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur  |     18:37 Sabunçuda ağır QƏZA: Ölən və yaralanan var  |     18:21 "Qəbələ" milli komandamızın qolkiperi barədə qərar verdi  |     18:09 Nazirin müavinlərinin sayı artırıldı (FƏRMAN)  |     17:58 Namizəd Səfərovun məhkəməsi oldu  |     17:49 Bakıda nəvəsi az bal toplayan qayınata gəlininə xəsarət yetirdi  |     17:39 Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu  |     17:26 Bakıda 10 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirildi  |     17:14 10 aptekdə nöqsanlar aşkarlandı  |     17:09 Bakının mərkəzində iki yol bağlanacaq  |     17:00 Azərbaycanda repetitorluq ləğv ediləcək? - AÇIQLAMA  |    
Left Banner
Right Banner

Gələn il orta pensiya məbləğinin 579,2 manat təşkil edəcəyi proqnozlaşdırılır

04.11.2025 18:17 762
Gələn il orta pensiya məbləğinin 579,2 manat təşkil edəcəyi proqnozlaşdırılır
2026-cı ildə orta pensiya məbləğinin 579,2 manat təşkil edəcəyi proqnozlaşdırılır.

Bu, 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, bu məbləğ 2025-ci ildə gözlənilən 537 manatdan 7,9 faiz çoxdur.

Sənəddə həmçinin vurğulanıb ki, İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominal əməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9,2 faiz təşkil etməsi nəzərə alındıqda 2026-cı ildə əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 635 milyon 590 min manatadək olması gözlənilir.

Bildirilib ki, nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya və bəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərində dəyişikliklər mümkündür. Belə ki, artım tempinin əlavə olaraq cəmi 1 faizədək dəyişməsinin təkcə illik pensiya xərclərinə təsiri təqribən 72 mln. manat ətrafında gözlənilir.скачать dle 11.3
Mojo.az Banner