Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı küçələrində bunu etsəniz, 300 manat cərimələnəcəksiniz

04.11.2025 12:52 594
Bakı küçələrində bunu etsəniz, 300 manat cərimələnəcəksiniz
Bir müddət əvvəl ictimai yerlərdə siqaret çəkmək qanunla qadağan olunsa da, bəzi vətəndaşlar hələ də bu qaydaların hansı məkanlara şamil edildiyini tam şəkildə bilmirlər.

Median.Az
milli.az-a istinadən xəbər verir ki, paytaxt ərazisində aparılan sorğular göstərib ki, siqaret qadağası barədə məlumatı olanlar da var, bundan xəbərsiz qalanlar da.

Şəhərin müxtəlif yerlərində siqaret kötüklərinin atılması üçün xüsusi tullantı qabları yerləşdirilib. Lakin bəzi şəxslər siqareti tam söndürmədən həmin qablara atır, bu isə yanğın təhlükəsi yaradan hallardan biridir.

Məsələ ilə bağlı hüquqşünas Ellada Bayramova bildirib ki, qanunvericiliyə əsasən, siqaret çəkmək təhsil və tərbiyə müəssisələrində, tibb ocaqlarında və onların ətrafında, idman arenalarında, eləcə də ictimai iaşə obyektlərində kafe, restoran və ticarət mərkəzlərində qəti qadağandır. Bu qaydanı pozan şəxslər 30 manat məbləğində cərimə olunur.

"İnzibati Xətalar Məcəlləsinə əsasən, siqaret kötüyünü küçəyə və ya yerə atmaq 300 manat cərimə ilə nəticələnir. Kötüyü yerə təkrar atmaq isə 700 manat cərimə nəzərdə tutulub".

Mütəxəssislər hesab edirlər ki, ictimai yerlərdə siqaret çəkməyə nəzarətin gücləndirilməsi, eləcə də maarifləndirmə tədbirlərinin artırılması bu kimi halların qarşısını almaqda mühüm rol oynayacaq.

Onların sözlərinə görə, təkcə cərimə ilə deyil, həm də vətəndaş məsuliyyəti və mədəni davranış vərdişlərinin formalaşdırılması ilə ictimai yerlərdə siqaret çəkməyin qarşısını almaq mümkündür.

Həmçinin vətəndaşlardan xahiş olunur ki, siqaret kötüklərini ətrafa atmaqla ətraf mühitə və digər insanların sağlamlığına zərər verməsinlər.скачать dle 11.3
Mojo.az Banner