Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Axios": ABŞ Qəzzada təhlükəsizlik qüvvələri ilə bağlı qətnamə layihəsini BMT TŞ-yə göndərib

04.11.2025 12:07 771
ABŞ Administrasiyası Qəzza zolağında iki il müddətinə beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi ilə bağlı qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına göndərib.

Bu barədə məlumatı "Axios" müvafiq sənədə istinadla yayıb.

Sənədə görə, 2027-ci ilin sonunadək bölgəni idarə etmək səlahiyyəti sözügedən qüvvələrə veriləcək.

Bildirilir ki, beynəlxalq kontingent İsrail-Misir sərhədinin təhlükəsizliyinin təmin edilməsi, mülki əhalinin və humanitar dəhlizlərin qorunması, Fələstinin HƏMAS hərəkatının tərk-silah edilməsi də daxil olmaqla, sektorun hərbsizləşdirilməsi, habelə Fələstin polis qüvvələrinin hazırlanması mandatına sahib olacaq.

Layihəyə görə, bölgədə sülhməramlılar deyil, sabitləşdirici qüvvələr olacaq. İlk bölmələrin yanvar ayında yerləşdirilməsi planlaşdırılır, artıq bir sıra ölkələrlə, o cümlədən İndoneziya və Misirlə kontingentin tərkibi barəsində danışıqlar aparılır.

O da bildirilir ki, BMT Təhlükəsizlik Şurasında danışıqların təməlində məhz bu layihə olacaq və yaxın həftələrdə səsverməyə çıxarılacaq.

Xatırladaq ki, ABŞ Azərbaycana da Qəzzada sabitləşdirici qüvvələrə qoşulmağı təklif edib.

Son xəbərlər