Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

Həyat yoldaşının telefonuna gələn zəngə görə dostunu bıçaqladı

30.10.2025 19:01 417
Həyat yoldaşının telefonuna gələn zəngə görə dostunu bıçaqladı
Şəki Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Amil Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Bədəlov 3 il azadlıqdan məhrum edilib.

Məhkəmə A.Bədəlova Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun cəzasını şərti hesab edib.

İttihama görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, A.Bədəlov 2020-ci ildə Vətən müharibəsinə gedərkən mobil telefonunu həyat yoldaşına verib. Müharibədən qayıdandan sonra o özünə yeni mobil telefon nömrəsi alıb və əvvəlki nömrəsi həyat yoldaşının istifadəsində qalıb.

Bu il yanvarın 6-da 1994-cü il təvəllüdlü Fariz Ağabala oğlu Bəyalıyev rayon ərazisində tanışı ilə yeyib-içəndən sonra Amilə görüntülü zəng vuraraq, onu yeyib-içmək məclisinə dəvət etmək istəyib. Lakin Amil telefonu açmayıb. Fariz Amilin digər nömrəsinə zəng vurub və həmin nömrə də Amilin həyat yoldaşının istifadəsində olub. Telefonu Amil açıb və Fariz onu yeyib-içmək məclisinə dəvət edib. Vətən müharibəsində psixoloji gərginlik keçirən Amil həmin nömrənin əvvəllər özünün işlətdiyini xatırlamadığından Farizlə bu barədə söhbət etmək üçün onunla görüşə gedib. Amil evdən özü ilə bıçaq götürərək Farizin dediyi yerə gəlib. O, Farizlə görüşüb və niyə həyat yoldaşına zəng vurduğunu soruşub. Fariz isə telefonunda həmin nömrəyə Amilin adını yazdığını göstərib. Lakin Amil bununla razılaşmayıb və özü ilə gətirdiyi bıçaqla Farizə ürək nahiyəsindən zərbə endirib. O, hadisəni törətdikdən sonra polisə məlumat verib. Polis əməkdaşları hadisə yerinə gələrək, Amil Bədəlovu saxlayıblar.

Xatırladaq ki, A.Bədəlov Vətən müharibəsində iştirakına görə, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı"və "hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarla təltif edilib.//oxu.azскачать dle 11.3
Mojo.az Banner