Kamçatka sahillərində güclü zəlzələ baş verib
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat verib.
Bildirilir ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 107 kilometr məsafədə 33.2 km dərinlikdə yerləşib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsinin məlumatına görə, Petropavlovsk-Kamçatskda yeraltı təkanın gücü 2-3 bal civarında olub.
