Mojo.az Banner
20:46 Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib  |     20:41 İki nəfər minaya düşərək ölüb  |     20:34 Bu il ölkədə qeydə alınan cinayətlərin sayı açıqlandı  |     20:29 Xlorlu su dərini quruda bilər - Dermatoloqdan məsləhətlər  |     20:24 Külək güclənəcək - XƏBƏRDARLIQ  |     20:15 İspaniyada meşə yanğınları tüğyan edir  |     20:10 Azərbaycanda vəzifəli şəxslər həbs edildi - 100 milyonluq “yeyinti”  |     20:02 Lavrovun İrana səfəri planlaşdırılır  |     19:57 Arayikgilin məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib  |     19:50 Şənbə günü 39 dərəcə isti olacaq  |     19:45 Maşın piyadanı vurub öldürdü - Video  |     19:36 8-ci kilometr bazarı ətrafında aparılan yol təmiri sahibkarlara ziyan vurdu - Video  |     19:30 İran "Amazon" məlumat mərkəzinə hücum edib  |     19:20 Ərdoğan Özbəkistan Prezidentini COP31-ə dəvət edib  |     19:05 “Dinamo” -“Neftçi” matçının hakimləri açıqlandı  |     18:55 Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları (TAM SİYAHI)  |     18:51 Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu  |     18:46 Təbiət qoynunda istirahət edənlərin diqqətinə - Nazirlik XƏBƏRDAQLIQ yaydı  |     18:42 "Space TV"dən bank hesablarına həbs qoyulması ilə bağlı AÇIQLAMA (Yenilənib)  |     17:36 2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb  |    
Left Banner
Right Banner

Məşhur türkiyəli müğənni Güllünün sirli ölümü ilə bağlı müdirindən iddia: "Qızı anasını öldürdüyünü etiraf edib"

27.10.2025 18:55 378
Məşhur türkiyəli müğənni Güllünün sirli ölümü ilə bağlı müdirindən iddia:
Türkiyənin Yalova şəhərinin Çınarcık rayonunda sentyabrın 26-da yaşadığı altıncı mərtəbənin pəncərəsindən yıxılaraq həyatını itirən məşhur müğənni Güllünün ölümü ilə bağlı istintaq davam edir.
Güllünün İstanbulda səhnə aldığı əyləncə məkanının sahibi Ferdi Aydın iki şahid ilə birlikdə Yalova Ədliyyəsinə gəlib və şokedici iddialar irəli sürüb.
Bu barədə oxu.az DHA-ya istinadən xəbər verir.
Ferdi Aydın verdiyi ifadədə Güllünü müğənninin qızı Tuğyan Ülkem Gülterin öldürdüyünü iddia edib və dəlil kimi "WhatsApp" yazışmalarını səlahiyyətlilərə təqdim edib.
Aydının sözlərinə görə, Tuğyan Ülkem Gülter ailə dostları Bircana göndərdiyi mesaj və videoda anasını öldürdüyünü etiraf edib.
"Güllü bacının öldürüldüyünü düşünürük. Ailə dostu Bircan xanımın da etirafları var. Tuğyan Bircanın evinə girib, qadını qorxudub və telefonundakı bütün səs yazılarını zorla sildirib.
Mesajların səs yazıları məndədir. İndi onları dosyeyə əlavə edəcəyik. Tuğyanın keçmiş sevgilisinin səs qeydləri var və orada qızın narkotikdən istifadə etdiyi, pis qadın olduğu bildirilir. Bircanın da videosu var. "Tuğyan ona etiraf edib ki, "Kaş anamı bu şəkildə öldürməsəydim. Sümükləri parçalandı, kədərləndim". Mən Tuğyanın qatil olduğu qənaətindəyəm. Bütün bunları sübut kimi qeydə təqdim edəcəyəm", - deyə iş adamı vurğulayıb.
"İfadəmdə bildiklərimi danışdım. Şahidlər də ifadələrini verəcəklər. Bildiyimiz hər şeyi vəkillərin yanında danışacağıq", - deyə o əlavə edib.
Ferdi Aydın başqa gizli şahidlərin də olduğunu nəzərə çatdırıb.
"Bundan sonrası artıq dövlətimizin əlindədir. Qeydlər ən yaxınların səs yazılarıdır. Bütün Çinarcık Tuğyanın qadağan olunmuş maddələrdən istifadə etdiyini və hər şeyə qadir olduğunu söyləyir", - deyə o bildirib.
Xatırladaq ki, Güllünün ölüm səbəbinə dair məhkəmə-tibbi ekspertizanın rəyinə görə, ölüm hündürlükdən yıxılmaqla əlaqədar əmələ gələn sınıqlar, beyin qanaması və daxili qanaxmalar nəticəsində baş verib.скачать dle 11.3
Mojo.az Banner