Mojo.az Banner
13:32 Dünya bazarında qızıl ucuzlaşdı: Son birja rəqəmləri açıqlandı  |     13:21 Bahalaşma olacaq – Ərzaq qiymətləri ilə bağlı proqnoz  |     13:16 “Reels” izləmələk yuxunu və yaddaşı pozur – Həkim  |     12:52 Eyvanını böyütmək istəyənlərə xəbərdarlıq: İcazəsiz dəyişiklik qadağandır  |     12:39 Piyada keçidində üstünlük kimindir? – Sürücülərə ciddi xəbərdarlıq  |     12:30 Universiteti 3 ilə bitirmək mümkün olacaq?  |     12:10 Palma yağına tələbatı artırdı – Səbəb bu imiş  |     12:02 Bu qayda pozuntuları sürücülərə baha başa gəlir - Açıqlama  |     11:53 85 bal topladı, 60 manat ödədi — Niyə işsiz qaldı? — AÇIQLAMA  |     11:49 Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA  |     11:47 Ceyk Pol yenidən böyük rinqə qayıdır  |     11:28 DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı  |     11:24 Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu  |     23:03 Bakıda 363 min manata ev aldı - Keçmiş sahibinə görə mənzilə həbs qoyuldu (VİDEO)  |     22:58 "İmişli" "Şəfa"nı məğlub etdi  |     22:52 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu  |     22:46 Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər  |     22:40 Azərbaycanda neçə din xadimi var? - RƏQƏMLƏR  |     22:33 Azərbaycanda yeni nazirlik yaradılır? – AÇIQLAMA  |     22:25 İtaliyanın məşhur adalarında meşələr yanır  |    
Left Banner
Right Banner

Prokuror Gədəbəyin icra başçısının sabiq müavininə cəza istəyib

27.10.2025 13:00 468
Prokuror Gədəbəyin icra başçısının sabiq müavininə cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və onun tanışı Təranə Bağırova barəsində cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Vəfa Allahverdiyevanın 7 il 6 ay, Təranə Bağırovanın isə 9 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən tələb edib.

Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin olunub.

İttihama görə, təqsirləndirilən şəxslər Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevi Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin etdirəcəkləri vədi ilə aldadaraq 51 min manat pulunu ələ keçiriblər.

Məlumata görə, Təranə Bağırova daha əvvəl də başqa dələduzluq əməlinə görə məhkumluq həyatı yaşayıb. Eks-müavin Vəfa Allahverdiyeva isə hazırda həbsdə deyil - istintaq dövründə onun barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner