Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Həbsxanaya düşmək üçün soyğunçuluq etdi: Bakıda qəribə cinayət

24.10.2025 17:15 555
Həbsxanaya düşmək üçün soyğunçuluq etdi: Bakıda qəribə cinayət
Bakı şəhəri, Səbail rayonunda qadının pul kisəsini soyğunçuluqla əlindən alan şəxsə hökm oxunub.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, ərazidə olan kameraların köməkliyi ilə polis hadisəni törədən şəxsi - 1992-ci ildə Bakı şəhərində doğulmuş P.V.-nı müəyyənləşdirərək saxlayıb. Onun barəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib.

Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, həbs edilərək cəzalandırılması üçün sözügedən əməli törədib: "İçki içdiyim, maddi və psixoloji problemlərim olduğu üçün bu hadisəni məqsədli şəkildə törətdim. Fikirləşirdim cəza alıb türməyə düşsəm, bəlkə düzələrəm".

Zərərçəkmiş qadın isə hadisənin yaşadığı mənzilin yerləşdiyi binanın blokuna daxil olarkən baş verdiyini deyib. P.V. arxadan gələrək onun əlindəki içərisində 6 manat pul olan 50 manat dəyərindəki pul kisəsini alaraq hadisə yerindən qaçıb. Hadisə zamanı zərərçəkənə 56 manat maddi ziyan dəyib.

Qadın həmçinin bildirib ki, dəymiş ziyan tam ödənilib və şikayəti yoxdur.

Məhkəmənin hökmü ilə P.V.-ya həbsdə saxlanıldığı iki gün çıxılmaqla 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.скачать dle 11.3
Mojo.az Banner