Mojo.az Banner
17:49 DTX rəisi: "Beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq edib"  |     17:40 İran bu ölkələrə zərbələr endirir  |     17:24 Sumqayıtda dəm qazından zəhərlənən ALTI UŞAQ YENİDƏN xəstəxanaya yerləşdirildi  |     17:12 "Gənclər özləri də dərk etmədən tarixi abidəyə ziyan vurublar" - AÇIQLAMA  |     17:10 Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi  |     17:08 Prezident dörd əsasnaməni təsdiq etdi  |     17:04 Azərbaycanın səfirlikləri üçün TƏLƏB  |     16:40 Azərbaycanda süni intellektlə terror törədənləri 15 ilədək həbs gözləyir  |     16:02 Hava ilə bağlı növbəti xəbərdarlıq - Subasma olacaq  |     15:55 Azərbaycanla bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq  |     15:52 Azərbaycanda kommunal xidmətlərdə vahid abonent bazası yaradılır  |     15:31 Madaqaskarda prezidentə sui-qəsd işi üzrə yeni detallar məlum olub  |     15:21 Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ  |     15:13 Elektron siqaretlərə dair dövlət standartı ləğv edildi  |     15:11 "CİBPay"in vəzifəli şəxsi cərimələndi  |     14:27 Günəşdə partlayış baş verib  |     13:22 "Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti  |     13:10 Azərbaycana turist axını azalıb  |     13:03 Azərbaycanda deputat tanıdığı qadının ərindən pəncərədən tullanmaqla qaçıbmış - TƏFƏRRÜAT  |     12:52 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində YENİ TƏYİNAT  |    
Left Banner
Right Banner

Lisenziyalarla bağlı YENİ QƏRAR

23.10.2025 11:12 336
Lisenziyalarla bağlı YENİ QƏRAR
"Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası" təsdiq edilib.

Median.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bununla bağlı müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qayda "Lisenziyalar və icazələr haqqında" Qanunun tətbiqi ilə əlaqədar yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü (fəaliyyət növünün adı göstərilməklə) üzrə lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını müəyyən edir.

Hüquqi şəxsə, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkara yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növünə (fəaliyyət növünün adı göstərilməklə) lisenziya verildiyi tarixdən 30 gün müddətində İqtisadiyyat Nazirliyi ilə lisenziya sahibi arasında lisenziya müqaviləsi bağlanılır.

Lisenziya müqaviləsi yazılı formada və müddətsiz bağlanır.

Bu Qaydada istifadə olunmuş anlayışlar "Lisenziyalar və icazələr haqqında" Qanunda, habelə digər qanunvericilik aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

Lisenziya sahibi qanunvericiliklə nəzərdə tutulmuş sənədlərlə yanaşı, 2 nüsxədə özü tərəfindən imzalanmış, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyinə münasibətdə həm də möhürlənmiş lisenziya müqaviləsini Nazirliyə təqdim edir.

Nazirlik lisenziya verildiyi tarixdən 30 gün ərzində lisenziya müqaviləsini imzalayaraq, lisenziya sahibinə təqdim edir.

Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, tərəflər bu müqavilənin imzalanmasından olaraq imtina edə bilməzlər.

Lisenziya müqaviləsi müqavilənin bağlanması haqqında lisenziya sahibinə "İnzibati icraat haqqında" Qanununun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi gün qüvvəyə minir.

Lisenziya müqaviləsi lisenziya verildiyi tarixdən 30 (otuz) gün müddətində bağlanmadıqda, müvafiq lisenziya hüquqi nəticələr yaratmır.

Lisenziya müqaviləsi Mülki Məcəllədə və "İnzibati icraat haqqında" Qanunda müəyyən edilən qaydada ləğv oluna bilər.

Məlumat üçün qeyd edək ki, qərar oktyabrın 10-da qəbul edilib, oktyabrın 21-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, oktyabrın 22-də qüvvəyə minib.
 
///Oxu.Az
скачать dle 11.3
Mojo.az Banner