Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış qrosmeyster Daniel Naroditski 29 yaşında vəfat edib

21.10.2025 13:12 1 227
Tanınmış qrosmeyster Daniel Naroditski 29 yaşında vəfat edib
Tanınmış amerikalı qrosmeyster Daniel Naroditski 29 yaşında dünyasını dəyişib.

Bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

İdmançının ölümünün hansı şəraitdə baş verdiyi və səbəbi dəqiqləşdirilmir.

Naroditski dünyanın ən yaxşı 200 şahmatçısı sırasında, ABŞ-da isə ilk 15-likdə yer alıb.

Onun nailiyyətlərinə 2019-cu ildə ABŞ çempionatında birinci yer və 2025-ci ildə blits üzrə ABŞ çempionatında qələbə daxildir.

Son xəbərlər