Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Mis qiymətləri bahalaşır: Treyderlər yeni rekord proqnozlaşdırır

15.10.2025 22:05 741
Mis qiymətləri bahalaşır: Treyderlər yeni rekord proqnozlaşdırır
Mis qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauellin bu ay daha bir faiz endirimi elan etməsindən sonra bərpa olunub. Treyderlər metalın qiymətinin bir ton üçün 12 000 dollara yüksələcəyini yüksək qiymətləndirir.

Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, mis 1,1 faiz bahalaşıb. Pauellin bəyanatları gərgin geosiyasi vəziyyət fonunda bir neçə günlük güclü dalğalanmalardan sonra əmtəə bazarlarını dəstəkləyib.

Mis son aylarda tələbi dəstəkləməli olan FED siyasətinin yumşaldılması və bütün dünyada bir sıra böyük mədən kəsilməsi ilə dəstəklənib. Təchizatın azaldılması ilə yanaşı, kəsintilər mədənçilərin artan tələbatı ödəməkdə qarşılaşacaqları əhəmiyyətli çətinlikləri vurğulayır. Mis keçən həftə 2024-cü ilin may ayından bəri ən yüksək səviyyəyə qalxıb.

Çinin nəhəng mədən şirkəti "CMOC Group"un ticarət rəhbəri Kenni İves ilin sonuna qədər qiymətlərin bir ton üçün 11,000 və hətta 12,000 dollara çata biləcəyini bildirib. Təchizatda fasilələr və əmtəələrə, xüsusən də metallara investisiyaların artması nəzərə alınmaqla qiymətlər kəskin şəkildə çox asanlıqla yüksələ bilər.

Bu, mis üçün rekord yüksək olacaq. 2024-cü ilin may ayında metal London Metal Birjası tarixində ən yüksək qiymətə - bir ton üçün 11 104,50 dollara çatıb. Oktyabrın 15-də metal 1 faiz bahalaşaraq bir ton üçün 10 687 dollar olub.

Sentyabrın 1-də London Metal Birjasında mis psixoloji səviyyəyə qalxaraq ton/tonu 10 min dollara çatıb. Avqust ayında metal zəifləyən dollar və nisbətən sabit tələb fonunda bahalaşıb. Mis sonuncu dəfə iyul ayında bir ton üçün 10.000 dolları keçib.

Son xəbərlər