Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Ramiz Mehdiyevin ailə bankı ciddi zərər görüb

15.10.2025 12:05 1 185
Ramiz Mehdiyevin ailə bankı ciddi zərər görüb
"Bank BTB" ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub.

Median.Az
"Report"a istinadla xəbər verir ki, Bankın maliyyə hesabatına əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.

9 ay ərzində "Bank BTB"nin əməliyyat gəlirləri 30.12 milyon manat (illik müqayisədə 9.3% çox), əməliyyat xərcləri 25.724 milyon manat (8.4% çox), xüsusi ehtiyatlara ayırmaları 2.205 milyon manat (4.9 dəfə çox), gözlənilməz xərcləri isə 2.831 milyon manat (27% az) təşkil edib.

Bu il oktyabrın 1-nə "Bank BTB"nin aktivləri 389.268 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5.7% çoxdur. Bunun 276.304 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0.4% böyüyüb.

Hesabat dövründə "Bank BTB"nin öhdəlikləri 7% artaraq 338.413 milyon manat, o cümlədən depozit portfeli 11.9% artaraq 167.873 milyon manat, balans kapitalı isə 2.2% azalaraq 50.855 milyon manat olub.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.45 milyon manatdır. Bankın səhmlərinin 76.74%-i Nigar Mehdiyevaya, 17.68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5.58%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Qeyd edək ki, Nigar Mehdiyeva ötən gün cinayət məsuliyyətinə cəlb olunan Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin gəlinidir.

Son xəbərlər