Mojo.az Banner
23:01 Beyləqanda kanalda bir nəfər batıb  |     22:54 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ  |     22:48 Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı  |     22:44 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi  |     22:42 Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var  |     22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |    
Left Banner
Right Banner

Marketlərdə 40, köşklərdə 80 qəpik - Fərqin səbəbi nədir?

14.10.2025 21:30 576
Marketlərdə 40, köşklərdə 80 qəpik - Fərqin səbəbi nədir?
Təcili nəsə almaq lazım olanda, yol keçəndə üz tutduğumuz yerlərdən biri də köşklərdir. Lakin burada məhsullar eyni olsa da, qiymətləri daha fərqli - baha olur. Məsələn, marketdən 45 qəpiyə aldığımız su köşklərdə 80 qəpiyə satılır.

Köşklərdə məhsulların baha satılmasının əsaslı səbəbləri varmı? Niyə köşklər məhsulları baha qoyur?

Valyuta.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, köşklə supermarketin biznes modeli fərqlidir:

"Supermarketdə hər şey var. Supermarketlər qazanclarını çoxlu satışdan əldə edir. Hər məhsulun üzərinə kiçik marja qoyur və qazancını dövriyyədən götürür. Amma köşklərdə isə biznes modeli fərqlidir. Köşklər az-az satıb daha çox qazanmaq istəyir. Çünki bilir ki, onun müştərisi supermarketə girən müştəri deyil, onun müştərisi təsadüfən, təcili lazım olanda alış edən müştəridir. Yəni məsələ fərqli biznes modellərinin olmasıdır. Köşklər az satıb, satdığından daha çox qazanmaq istəyir. Supermarketlərdə isə davamlı, dayanıqlı və çoxlu satışla pul qazanmaq məqsəd qoyulur. Məsələn, köşkdə gün ərzində 10 su satılırsa, supermarketdə 150–200 və ondan çox satılır”.

Ekspertin sözlərinə görə, həm köşkün, həm də supermarketin özünəxas xərcləri var:

"Köşk əlçatan olduğuna görə, əsasən sürətli alış-verişlər üçün nəzərdə tutulur. Biznes modelləri fərqlidir və bizi heç kim məcbur etmir ki, gedib köşkdən nəsə alaq. Dünyanın hər yerində də bu belədir. Köşklər və turistlik məkanlardakı satış nöqtələri supermarketlərlə müqayisədə daha bahalı olur”.скачать dle 11.3
Mojo.az Banner