Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Polis Astarada xüsusi əməliyyat keçirdi: Narkotacirlərin "PUA marşrutu" ifşa olundu - Video

14.10.2025 15:56 666
Polis Astarada xüsusi əməliyyat keçirdi: Narkotacirlərin
Ölkə ərazisinə pilotsuz uçuş aparatı vasitəsilə külli miqdarda narkotik vasitələrin gətirilməsi, lokasiyası ötürülən yerlərdən götürülərək ayrı-ayrı ünvanlara çatdırılması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları xüsusi əməliyyat tədbiri keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı Rövşən Axundzadə saxlanılıb. Həmin şəxsdən ölkə ərazisinə əvvəlcədən sövdələşdiyi İranda yaşayan narkotacir tərəfindən PUA vasitəsilə göndərilmiş 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı ilə saxlanılan şəxsin bundan əvvəl də eyni üsulla əldə edərək rayonun Qapıçıməhəllə kəndi ərazisindəki naringi bağında gizlətdiyi əlavə 4 kiloqram marixuana da aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər