Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Polis Bakıda 16 yaşlı qızını ərə verməyə hazırlaşan ailənin planını pozdu - Video (Yenilənib)

11.10.2025 14:07 999
Polis Bakıda 16 yaşlı qızını ərə verməyə hazırlaşan ailənin planını pozdu - Video (Yenilənib)
Paytaxtın Qaradağ rayonunda 16 yaşlı qızın 25 yaşlı şəxslə evləndirilməsi üçün görülən toy hazırlığının qarşısı polis əməkdaşları tərəfindən dayandırılıb.

Bununla bağlı oxu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, tərəflər polis idarəsinə dəvət olunaraq onlar ilə profilaktik söhbətlər aparılıb.

"Həmin məsələ ilə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Bu əməlin hüquqazidd hərəkət olması diqqətə çatdırılıb. Restoran sahibinə isə qanunauyğun qaydada xəbərdarlıq edilib. Onlar ilkin olaraq bildiriblər ki, toy deyil, övladlarının hərbi xidmətə yola salınması mərasiminə hazırlaşırlar. Hazırda məsələ diqqət mərkəzində saxlanılmaqla aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi təmin olunur", - açıqlamada bildirilib.

* * * * *

Azərbaycanda daha bir erkən nikahın qarşısını alıb.


Bununla bağlı görüntülər "Təsir dairəsi" verilişində yayımlanıb.

Hadisə Qaradağ rayonunda baş verib. Belə ki, 16 yaşlı qızın 25 yaşlı şəxslə toyuna hazırlıq görülüb.

Lakin, qızın atası qızının toyuna hazırlaşdığını etiraf etsə də, buna səbəb kimi oğlunu əsgər göndərdiyini deyib: "Oğlum əsgər gedir deyə toy edirəm".

16 yaşlı Nəzrin isə 25 yaşlı şəxslə könüllü şəkildə ailə quracağını bildirib və qeyd edib ki, toyları olsa belə, evdən köçməyəcək: "Sadəcə gəlinlik geyinib qayıdacağam. Bəy evinə köçməyəcəyəm. Ər evinə iki il sonra gedəcəyəm. Rüfət bizim qonşumuzdur".

Toyun planlaşdırıldığı şadlıq sarayının rəhbəri məclisin toy yox, əsgər yığıncağı olduğunu bildirib. Amma sonra toyun olacağını etiraf edib:

"Mənə qızın təvəllüdünü deməyiblər. Yalnız oğlanın şəxsiyyət vəsiqəsini gətirmişdilər. Bizə demişdilər ki, oğlan toyu olacaq. Sonra dəyişdilər ki, qadın və kişi məclisi olacaq".


Son xəbərlər