Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda 4 oktyabr hadisələri ilə bağlı saxlanılan 7 nəfərə həbs qətimkan tədbiri seçilib

10.10.2025 21:20 936
Gürcüstanda 4 oktyabr hadisələri ilə bağlı saxlanılan 7 nəfərə həbs qətimkan tədbiri seçilib
Gürcüstan məhkəməsi 4 oktyabr hadisələri ilə əlaqədar saxlanılan yeddi nəfər barəsində həbs qətimkan tədbiri seçib.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, Tbilisi Şəhər Məhkəməsinin hakimi Arsen Kalatozişvilinin qərarına əsasən, strateji əhəmiyyətli obyekti qrup halında ələ keçirməyə cəhd və zorakılıqda iştirak ittihamı ilə saxlanılan şəxslərin hamısı barəsində qabaqlayıcı tədbir – həbs seçilib.

Məhkəmədə Mamuka Labuçidze, Konstantin Kokaia, Vladimir Qvelesiani, Nika Qventsadze, Quriel Kardava, Zura Çavçanidze və Koba Epitaşvili barəsində qərar elan olunub.

Dövlət ittihamçısı Tamar Bejuaşvili məhkəmədə bildirib ki, təqsirləndirilən şəxslərin qaçma, sübutları məhv etmə və yeni cinayətlər törətmə riski var. Müdafiə tərəfi ittihamla razılaşmayaraq, saxlanılanların azadlığa buraxılmasını və ya alternativ olaraq 5-7 min lari məbləğində girov tətbiqini tələb edib.

Məlumata görə, Vladimir Qvelesiani, Nika Qventsadze, Mamuka Labuçidze, Guriel Kardava, Zurab Çavçanidze və Konstantin Kokaia Gürcüstan Cinayət Məcəlləsinin 19-222-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (qrup halında strateji obyektin ələ keçirilməsinə cəhd) ilə ittiham olunublar. Bu maddə altı ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Koba Epitaşvili isə yalnız Cinayət Məcəlləsinin 225-ci maddəsinin 2-ci hissəsi (qrup halında zorakılıqda iştirak) üzrə ittiham olunur. Bu maddə də eyni şəkildə altı ilədək həbs cəzası ilə cəzalandırılır.

Son xəbərlər