Mojo.az Banner
19:03 Xarici diplomatlar Cıdır düzündə  |     18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |     18:29 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb  |     18:20 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var  |     18:13 Milli Fəaliyyət Planı təsdiq edildi  |     17:54 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam  |     17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |     17:31 Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır  |     17:30 Bakıda 18 yaşlı qızın meyiti tapıldı  |     17:14 Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?  |     17:03 Braziliyada təyyarə qəzası: 3 nəfər öldü  |     16:56 Çaqqal dişləyibsə, nə etmək lazımdır? – VACİB AÇIQLAMA  |     16:54 Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq  |     16:53 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarət altına alıb  |     16:33 Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub  |     16:26 "Fənərbağça"nın istefa verən baş məşqçisi yoxa çıxdı  |     16:21 Bakıda avtobus dayanacağının nişanı görünməz olub - FOTO  |     16:21 Qan və alkoqol testlərinə bir milyon manat xərclənəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Öz kartını cinayət törətmək məqsədilə digər şəxslərə verənlər məsuliyyətə cəlb edilə bilərlər

09.10.2025 16:27 507
Öz kartını cinayət törətmək məqsədilə digər şəxslərə verənlər məsuliyyətə cəlb edilə bilərlər
Öz bank kartını "drop", yəni cinayət faktlarından istifadə edilməsi üçün digər şəxslərə verənlər gələcəkdə cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Yusif Hüseynov "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC 2025) tədbiri çərçivəsində təşkil olunmuş konfransda deyib.

Onun sözlərinə görə, bu barədə DİN digər aidiyyəti qurumlarla birgə qanunvericilik təşəbbüsü ilə çıxış edib.

Y.Hüseynov əlavə edib ki, kibercinayət ölkə daxilində baş verəndə banklarla yaradılan işçi qrup, provayderlərlə qarşılıqlı əlaqə çərçivəsində bu cinayətlərin açılması təmin edilir. Hücum ölkə xaricindən ediləndə isə burada hüquqi baxımından problem yaranır:

"Məsələn, ötən il Çindən olan şəxs həmin ölkədən Azərbaycanın təxminən 570 vətəndaşına qarşı dələduzluq etmişdi. Texniki və qarşılıqlı yardım üsulları ilə bunu edənin şəxsiyyəti müəyyənləşdi. Lakin vətəndaşı maraqlandıran məsələ itirdiyi maddi vəsaitdir. Həmin ölkə vətəndaşı burada deyil, ona görə qanunvericiliyə görə həmin vəsaiti qısa müddətdə geri qaytara bilmirik".скачать dle 11.3
Mojo.az Banner