Mojo.az Banner
20:04 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb  |     19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |     19:51 "Qaradağ-Lökbatan" PFK ləğv olunur  |     19:44 Sabah 34° isti olacaq  |     19:39 "TRUMP TV" fəaliyyətə başladı  |     19:30 Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi  |     19:24 Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi (İDDİA)  |     19:15 Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu  |     19:10 İki azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO  |     19:03 Bakıda təmir edilən yol yenidən çökdü - VİDEO  |     18:59 Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi  |     18:38 Bu istiqamətlərdə tıxac var - SİYAHI  |     18:24 Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Bakıya gəlib  |     18:22 Cəlilabadda fermada güllələnmə: Gözətçi ürəyindən yaralandı  |     17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |     16:58 Azərbaycanda mal əti bahalaşdı  |     16:40 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq  |     16:39 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Alla Puqaçova Rusiyanın icbari tibbi sığorta sistemindən çıxarılıb

08.10.2025 17:17 744
Alla Puqaçova Rusiyanın icbari tibbi sığorta sistemindən çıxarılıb
Alla Puqaçovanı Rusiyanın icbari tibbi sığorta sistemindən çıxardıblar.

Bu barədə "Mash" "Telegram" kanalı yazıb.

Bildirilir ki, müğənninin icbari tibbi sığorta sənədi, çox ehtimal ki, şəxsi məlumatların uyğunsuzluğu səbəbindən ləğv edilib.

Primadonna indiyədək köhnə sənəddən istifadə edirmiş və o, əvəzlənməsi tələb olunan bu sənədi yeniləməyə macal tapmayıb.

Sənədin ləğvi müğənni barəsində məlumatda səhvlər, məsələn, soyad, ünvan və doğum tarixində uyğunsuzluq səbəbindən baş verə bilərdi. Əgər müğənni Rusiyaya qayıtsa və dövlət klinikasına müraciət etsə, ona təcili yardım göstəriləcək, sonra dərhal sənədinin yenilənməsi üçün sığorta şirkətinə yönləndiriləcək.

Puqaçovadan fərqli olaraq həyat yoldaşı Maksim Qalkin daha ehtiyatlı tərpənərək sənədini vaxtında yeniləyib və hətta bir neçə tibb ocağına, stomatologiyaya və psixi sağlamlıq mərkəzinə təhkim olunub.скачать dle 11.3
Mojo.az Banner