Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Elektrik avtomobillərdə siqaret çəkənlər oxusun: Bu təhlükələr sizi gözləyir...

07.10.2025 22:20 606
Elektrik avtomobillərdə siqaret çəkənlər oxusun: Bu təhlükələr sizi gözləyir...
Son illərdə elektrik avtomobillərin sayı artsa da, bəzi sürücülər hələ də bu nəqliyyat vasitələrində siqaret çəkmək vərdişindən imtina etməyiblər.

Bəs, siqaret tüstüsü bu avtomobillər üçün hər hansı təhlükə yaradırmı?

Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, ümumilikdə elektrik və ya digər yanacaq növü ilə işləyən avtomobillərdə siqaretin birbaşa texniki təhlükəsi yoxdur:

“Ümumiyyətlə, istər elektrik, istərsə də digər yanacaqla işləyən avtomobillərdə siqaretin xüsusi zərəri yoxdur. Yeganə risk qazla işləyən avtomobillərdə müşahidə olunur. Belə hallarda salonda qaz balonu yerləşdiyi üçün partlayış təhlükəsi yaranır,” – deyə ekspert qeyd edib.

Yasin Mustafayev əlavə edib ki, siqaretin avtomobilin içində çəkilməsi yalnız texniki baxımdan deyil, həm də gigiyenik və ekoloji cəhətdən arzuolunmaz haldır:

“Siqaret tüstüsü salonun havasını çirkləndirir, filtrlərin və sensorların işinə mənfi təsir göstərə bilər. Bundan başqa, küçələrin zibillənməməsi məqsədilə siqaret kötüyünü və qutularını küçəyə atanlara qarşı cərimələr də artırılıb.”

Ekspertin sözlərinə görə, istehsalçılar elektrik avtomobillərində siqaret çəkməyi xüsusi şəkildə qadağan etməsələr də, bir çox brendlər salonun təmiz hava dövranını və filtr sistemini qorumaq üçün siqaretdən imtinanı tövsiyə edir.скачать dle 11.3
Mojo.az Banner