Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Sürücülərə MÜRACİƏT: "Avtomobillərdə işıq sisteminin nasazlığı qəza ehtimalını dəfələrlə artırır"

03.10.2025 12:01 516
Sürücülərə MÜRACİƏT:
Payız fəslinin gəlməsi ilə havaların tez-tez dəyişməsi, duman, yağış və qısa gündüz saatları sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir. Belə şəraitdə nəqliyyat vasitələrinin işıqlandırma sistemlərinin saz vəziyyətdə olmaması qəza ehtimalını dəfələrlə artırır.

Bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərində yer alıb.

"Yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biri nəqliyyat vasitələrinin işıqlandırma sistemlərinin daim saz vəziyyətdə saxlanmasıdır. Avtomobil hərəkətdə olduğu zaman yalnız mühərrik və əyləc sistemi deyil, işıq cihazlarının da işlək vəziyyətdə olması həm sürücünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən mühüm amillərdəndir.

Dumanlı və ya yağışlı havada, eləcə də sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yol sahələrində işıq cihazlarının nasazlığı qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Qanunvericiliyə əsasən, sürücü hərəkətə başlamazdan əvvəl avtomobilin texniki vəziyyətini, o cümlədən işıq cihazlarının işləkliyini yoxlamalıdır. Ön və arxa işıqların nasazlığı həm görmə, həm də görünmə imkanlarını məhdudlaşdırır ki, bu da digər hərəkət iştirakçıları üçün qəfil və gözlənilməz təhlükələrin yaranmasına səbəb olur.

Xüsusilə məhdud görünmə şəraitində - duman, yağış, qar və ya gecə vaxtı işıqlandırılmayan yol sahələrində işıqlandırma sisteminin nasazlığı qəza ehtimalını dəfələrlə artırır.

Unutmayaq ki, yollarda təhlükəsizlik hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır. İşıqlandırma sisteminə göstərilən laqeyd münasibət təkcə bir sürücünün deyil, digər hərəkət iştirakçılarının da həyatını risk altına qoyur", müraciətdə deyilir.скачать dle 11.3
Mojo.az Banner