Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Prokurorluq uşaq evində seksual zorakılığa görə şəxsə 10 il həbs cəzası verilməsinin səbəbini açıqlayıb

02.10.2025 20:20 645
Prokurorluq uşaq evində seksual zorakılığa görə şəxsə 10 il həbs cəzası verilməsinin səbəbini açıqlayıb
Məhəmməd Hacıyevin uşaq evində seksual zorakılığa görə 10 il həbs cəzası verilməsinin səbəbi məlum olub.

Baş Prokurorluqdan bildirilib ki, Bakının Xətai rayonunda fəaliyyət göstərən 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Məhəmməd Hacıyev Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsilə cinayət məsuliyyətinə cəlb edilib və iş üzrə ibtidai istintaq yeşkunlaşdırılaraq ötən il dekabrın 9-da ittiham aktı Xətai rayon prokuroru tərəfindən təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bu il sentyabrın 23-də o, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, bu kateqoriya cinayət əməlinə görə qanunda 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsa da, təqsirləndirilən şəxs M.Hacıyev cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmadığına görə (18 yaşı tamam olmayıb) qanunun tələblərinə əsasən onun barəsində məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Təqsirləndirilən şəxs və onun müdafiəçisinin hökmdən qanunla nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə yuxarı məhkəməyə şikayət etmək hüququ var.

"Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən cinayət işləri üzrə məlumatlar ictimailəşdirilən zaman həssaslıq nümayiş etdirilməklə zərərçəkmiş şəxsin hüquqlarına hörmətlə yanaşılmasını, məhkəmə prosesinin ədalətliliyi, cəmiyyətin qanunun aliliyinə inamını qorumaq naminə cinayət işlərinə dair məlumatlar paylaşılarkən əsassız fərziyyələr və yanlış şərhlərdən çəkinməyi xahiş edirik", - məlumatda qeyd olunub.

Son xəbərlər