Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Qazax yolunun Yevlaxdan keçən hissəsində tikinti və yenidənqurma işləri yekunlaşıb - Video

30.09.2025 17:50 567
Bakı-Qazax yolunun Yevlaxdan keçən hissəsində tikinti və yenidənqurma işləri yekunlaşıb - Video
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Ələt-Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində apardığı kompleks tikinti və yenidənqurma işlərini yekunlaşdırıb.

Median.Az
agentliyə istinadən xəbər verir ki, layihə çərçivəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə magistral yolun altından keçən, müasir standartlara cavab verən yeraltı piyada keçidi inşa edilib.

Keçidin ümumi uzunluğu 47 metr təşkil edir ki, bunun 37 metri qapalı hissədən ibarətdir. Eni 5 metr, hündürlüyü isə 3,2 metr olan keçid piyadaların təhlükəsiz və komfortlu hərəkəti üçün bütün zəruri infrastrukturla təmin olunub.

Bununla yanaşı, yolun sözügedən hissəsində yeni piyada səkiləri salınıb, həmçinin avtomobillərin magistral yola iki istiqamətli rahat giriş-çıxışını təmin edən yanaşma yollarının tikintisi həyata keçirilib. Tikintisi başa çatdırılmış bu yolların ümumi uzunluğu 3,2 kilometr, eni isə 7 metr təşkil edir.

Görülən işlər nəqliyyat axınının tənzimlənməsi, hərəkətin fasiləsizliyinin təmin olunması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədi daşıyır.

Son xəbərlər