Mojo.az Banner
23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |     22:19 “iPhone 18” bu rənglərdə olacaq  |     22:11 Rus bölmələrində oxuyanlara YENİLİK: Bu fənn Azərbaycan dilində olacaq  |     22:06 Uşağın rejimini kəskin dəyişməyin - Pediatrdan XƏBƏRDARLIQ  |     21:59 Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR  |     21:54 “Telegram”dan möhtəşəm yeniliklər  |     21:45 Azərbaycanda məscidlərin sayı açıqlandı  |     21:40 20 Yanvarda səkidə yuxuya getdi, 2440 manatı oğurlandı  |     21:32 “Bitcoin”in qiyməti 78 min dollara enib  |     21:27 İtaliyada helikopter qəzası olub, ölənlər var  |     21:19 Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı  |     21:13 Salyanda qəbiristanlıqdan meyit tapıldı  |     21:08 53 nömrəli marşrutun istiqaməti dəyişib  |     21:02 Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

Bakının Süleyman Vəzirov küçəsinin bir hissəsi yenidən qurulur - VİDEO

06.05.2025 12:35 1 446
Bakının Süleyman Vəzirov küçəsinin bir hissəsi yenidən qurulur - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Ağ şəhər" yol infrastruktur layihələri çərçivəsində Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər) yenidənqurma işləri aparır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, uzunluğu 1100 metr təşkil edən sözügedən küçənin hərəkət hissəsinin eni 14 metrdir.

Yenidənqurma işləri çərçivəsində küçəboyu frezlənmə işləri aparılıb, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir. Küçə boyu 5 metr enində yeni piyada səkilərinin tikintisi icra olunur, səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri aparılır. Bundan başqa, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün 2.5 metr enində xüsusi parkinq yerləri yaradılır.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforların və siqnal dirəklərinin quraşdırılması, zəruri yerlərdə yol nişanlarının qoyulması, yolcizgi, yolgöstərici, həmçinin piyada zolaqlarının çəkilməsi ilə küçənin sözügedən hissəsi qısa müddət ərzində yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.скачать dle 11.3
Mojo.az Banner