Mojo.az — elanlar
RU
Son Xəbərlər
21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |    
Mojo.az Avto
Mojo.az Avto

DSX-nin baş gizirini öldürən şəxslərlə bağlı kassasiya şikayəti geri götürüldü

29.09.2025 12:34 600
DSX-nin baş gizirini öldürən şəxslərlə bağlı kassasiya şikayəti geri götürüldü
Ali Məhkəmədə mahnı sifarişi və söyüş üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş giziri Cəsarət Vəliyevi qətlə yetirməkdə, digər əməkdaş Camal Həsənova isə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Zeynalov 19 il, İlqar Adurrahmanov isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev DSX-nin baş giziri olub. Hadisə 2023-cü il martın 16-da xidmətdənkənar vaxtda, saat bir radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığındakı restoranda mahnı sifarişi və söyüş üstündə baş verib. Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov və İlqar Abdurrahmanov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Orxan Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 221.2.2-ci (xuliqanlıq), İlqar Abdurrahmanova isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham irəli sürülüb. Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilmişdi.

Son xəbərlər