Mojo.az Banner
23:01 Beyləqanda kanalda bir nəfər batıb  |     22:54 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ  |     22:48 Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı  |     22:44 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi  |     22:42 Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var  |     22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |    
Left Banner
Right Banner

Adnan Əhmədzadənin BƏƏ-dəki aktivləri Yusif Məmmədova keçdi (FOTOLAR)

26.09.2025 20:51 702
Adnan Əhmədzadənin BƏƏ-dəki aktivləri Yusif Məmmədova keçdi (FOTOLAR)
SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin həbsindən sonra onun Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Oilmar Shipping and Chartering DMCC” şirkətinin bütün səhmləri şirkətin baş direktoru Yusif Məmmədov tərəfindən alınıb.

Median.Az
xəbər verir ki, bu haqda “Haqqın.az” məlumat yayıb.

Məlumata görə, Sinqapurun bunker nəşri olan “Manifold Times” yazır ki, “Oilmar”ın sahibi ilə bağlı “hadisələr” (azərbaycanlı oliqarxın həbsi nəzərdə tutulur – red.) səhmlərin geri alınması prosesini işə salır.

Qəzet bildirir ki, “Oilmar Shipping and Chartering” son benefisiar sahibinin adını açıqlamasa da, şirkət rəhbərliyin artıq bütün səhmləri almağa başladığını və satın alma prosesinin yaxın bir neçə gün ərzində başa çatdırılacağını bildirib. Sentyabrın 24-də sosial mediada dərc edilən şirkətin bəyanatında bildirilirdi ki, səhm alışı onun son benefisiar sahibi ilə bağlı hadisələr və mediada dərc olunan xəbərlərlə bağlıdır.




Nəşr şirkət rəhbərliyinin bütün səhmləri almağa başladığını və alış prosesinin yaxın bir neçə gün ərzində başa çatdırılmasının gözlənildiyini açıqlayıb.

“Bu hallara cavab olaraq və səhmdarlarımızın mənafeyini qorumaq üçün şirkət rəhbərliyi artıq Oilmar Shipping and Chartering DMCC-nin bütün səhmlərinin alınması prosesinə başlayıb”, - deyə şirkətin baş direktoru Yusif Məmmədov bildirib.

"Satınalma prosesi artıq yaxşı gedir və yaxın bir neçə gün ərzində tamamlanacağı gözlənilir. Bu strateji addım bizim əməliyyat davamlılığımızı təmin etmək və biznesimizi istintaq zamanı mümkün pozulmalardan qorumaq məqsədi daşıyır", - Məmmədov əlavə edib.




Qeyd olunur ki, Dubayda yerləşən “Oilmar Shipping and Chartering DMCC” dəniz yanacağı və neft məhsullarının satışı üzrə ixtisaslaşıb.

Şirkət 2015-ci ilin noyabrında yaradılıb və dünyanın 60-dan çox ölkəsində xidmət göstərir. 2022-ci ildə “Oilmar” komandası ilk dəfə olaraq 1 milyard ABŞ dollarını keçən ümumi gəlir əldə edib.скачать dle 11.3
Mojo.az Banner