Mojo.az Banner
14:10 Neftimiz kəskin ucuzlaşıb  |     14:01 Sumqayıtda gecələr qaz niyə gur gəlir? – Mütəxəssisdən ciddi xəbərdarlıq  |     13:48 Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı  |     13:28 Sentyabrda dənizə girmək təhlükəlidir? - AÇIQLAMA  |     13:22 Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələb olunacaq - Video  |     13:20 İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər (Video)  |     13:01 Ananı döyülən görən uşağın beynində nə baş verir? — Psixoloq danışdı  |     12:52 Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Video  |     12:46 Qaxda kafedə qan töküldü  |     12:27 Bakı Bulvarı bu gündən bağlanır - Səbəb  |     12:25 Məktəbli çantaları ilə bağlı XƏBƏRDARLIQ: “Uşaqlar bu yükdən azad olunmalıdır”  |     12:19 Azərbaycanda dizel bahalaşacaq? —MÜHÜM açıqlama  |     12:11 Polislərə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi  |     22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Türk seriallarında azərbaycanlılar pis göstərilir” - Elməddindən irad

26.09.2025 18:52 732
“Türk seriallarında azərbaycanlılar pis göstərilir” - Elməddindən irad
"Azərbaycan serial və filmlərində türkiyəlilər hər zaman yaxşı obraz kimi təqdim olunur. Lakin biz bunu onların layihələrində görmürük”.

Median.Az "Qafqazinfo”ya istinadən yazır ki, bunu aktyor Elməddin Cəfərov Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində tanınmış kino simaları ilə keçirilən görüşdə deyib.

O, tədbir zamanı azərbaycanlı obrazların Türkiyə seriallarında pis göstərilməsini qınayıb:

"Buna görə inciyirik. Azərbaycanlılar həmin layihələrdə süpürgəçi və ya buna bənzər obrazlarda təqdim olunur”.

E.Cəfərov daha sonra aktyor Berk Oktayın "Amma Kənan MM bizim serialda komandir kimi çəkilmişdi” sözlərinə cavab olaraq "həmin serialın sponsoru da azərbaycanlılar idi”, - deyə bildirib.

Həmçinin görüşdə türkiyəli aktyorlara Azərbaycan mahnılarının onların filmlərində səslənməsi və bəzi ekran işlərində Azərbaycan dilinə qarşı hörmətsizliklə bağlı iddialar barədə sual ünvanlanıb.

Türkiyəli sənətçilər bildiriblər ki, hər iki xalqı birləşdirən ortaq dəyərlərə hörmətlə yanaşılır və belə halların yanlış anlaşılmadan qaynaqlandığını düşünürlər.

B.Oktay isə mövzu barədə danışarkən deyib ki, sənətdə əsas məqsəd xalqlar arasında körpü yaratmaqdır:

"Azərbaycan musiqisi və dili bizim üçün böyük dəyərə malikdir. Əksinə, biz filmlərdə bu zənginliyi təqdim etməkdən qürur duyuruq. "Kızılcık şerbeti” serialında həmin səhnədə oynayan aktyorlar mənim yaxın dostlarımdır. Əgər yanlış anlaşılma olubsa, bu, heç vaxt qəsdən edilməyib. Bu məsələ sosial şəbəkələrdə də müzakirə olunurdu və biz bununla bağlı danışdıq. Həqiqətən belə anlaşıldığı üçün çox məyus idilər. Bu səhnədən sonra daha diqqətli olacaqlarını söylədilər”.скачать dle 11.3
Mojo.az Banner