Mojo.az Banner
18:05 Bu ərazilərdə qaz olmayacaq  |     18:05 Sabah çimərliklərdə hava necə olacaq?  |     17:59 Azərbaycanlı müğənni və meneceri döyüldülər - VİDEO  |     17:37 Süni intellekt əməkdaşı işdən çıxardı - İlk dəfə  |     17:21 Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var - Video  |     16:58 İsveçrədə Rusiyanın dondurulmuş aktivləri 10 milyardı keçdi  |     16:41 İndoneziyada daha bir güclü zəlzələ: Sumatra adası silkələndi  |     16:39 Sea Breeze-dəki faciədən sonra: Hovuzlardakı təhlükəsizlik sistemi necə olmalıdır?  |     16:11 Qətlə yetirilən iş adamının FOTOLARI  |     15:40 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     14:47 Emin Ağalarov "Sea Breeze"də baş verən hadisə ilə bağlı açıqlama yaydı - FOTO  |     14:45 Sosial şəbəkələrdə reklamverənlərə ŞAD XƏBƏR: "Meta" Azərbaycanda vergi qeydiyyatına alınır  |     14:44 Tərtər sakini yanaraq öldü  |     14:43 Masallıda avtomobildən 9 kiloqram narkotik vasitə aşkarlanıb  |     14:43 Azərbaycanın daha üç boksçusu Avropa çempionatına qələbə ilə start verib  |     14:35 Valideynlər DİQQƏT! Məktəbli forması alarkən bu məqama fikir verin  |     14:31 Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR (Video)  |     14:24 Azərbaycan nefti ucuzlaşıb  |     14:24 Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? - Kardioloqlardan açıqlama  |     13:58 Bu gündən "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılıb  |    
Left Banner
Right Banner

Uşaq evi ilə bağlı şikayətindən sonra psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmməd Hacıyev həbs edildi

26.09.2025 15:57 759
Uşaq evi ilə bağlı şikayətindən sonra psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmməd Hacıyev həbs edildi
Bakıda 3 saylı Uşaq Evindəki qalmaqalla tanınan 2006-cı il təvəllüdlü Məhəmməd Hacıyev həbs edilib.

Oxu.az-ın məlumatına görə, adıçəkilən uşaq evində böyüyən və sonradan 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilən Məhəmməd Hacıyev 13 yaşlı oğlana qarşı zorakılıq və seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilib.

İttihama görə, o, 3 saylı Uşaq Evində olarkən 2012-ci il təvəllüdlü oğlana zor tətbiq edərək seksual xarakterli hərəkətlər edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

M.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq başa çatdırıldıqdan sonra iş məhkəməyə göndərilib.

Məhkəmədə ifadə verən M.Hacıyev ittihamları qəbul etməyib və 3 saylı Uşaq Evində baş verən neqativ hallar barədə açıqlamalar verdiyi üçün şərlənib. O, ittihamlardan xəbərsiz olduğunu bildirib.

Prosesdə zərərçəkmiş qismində ifadə verən 2012-ci il təvəllüdlü oğlan isə M.Hacıyev tərəfindən cinsi zorakılığa məruz qaldığını deyib.

Şahid ifadələrindən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Hacıyev 10 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, M.Hacıyev valideyn himayəsindən məhrum olduğu və ögey qardaşı tərəfindən küçəyə atıldığı üçün 3 saylı Uşaq Evinə yerləşdirilib və orada böyüyüb. Məhəmməd Eldəniz oğlu Hacıyev 4-cü sinfə qədər Bakı şəhərindəki 29 saylı tam orta məktəbdə fərdi təhsil alıb.

Valideynlərini itirdikdən sonra o, 4-cü sinfi bitirib, məktəbdən çıxıb və 3 saylı Uşaq Evinə yerləşdirilib. Orada qalan Məhəmməd Hacıyev müəssisədəki təminatdan şikayət edib. Daha sonra o, uşaq evinin rəhbərliyinin müraciəti əsasında Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Bir müddətdən sonra isə M.Hacıyev xəstəxanadan evə buraxılmışdı.скачать dle 11.3
Mojo.az Banner