Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi təsdiqlənib

24.09.2025 13:13 945
Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi təsdiqlənib
Nazirlər Kabineti "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi"nin və "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət Qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

"Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya" "Aviasiya haqqında" qanunun 17.1-ci maddəsinə əsasən aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyətin əlaqələndirilməsi, həyata keçirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılmış kollegial orqandır. Daimi komissiya öz fəaliyyətində Konstitusiyanı, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, eləcə də "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyanı, həmin Konvensiyaya 13 nömrəli Əlavə ("Aviasiya hadisəsi və insidentinin araşdırılması") ilə müəyyən olunmuş Beynəlxalq Aviasiya Təşkilatının beynəlxalq standartlarını və tövsiyə olunan təcrübəsini, "Aviasiya haqqında" və digər qanunları, ölkə Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni, Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını rəhbər tutur.

Daimi komissiya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Daimi komissiyanın qərarlarının icrası həmin komissiyanın tərkibində nümayəndələrinin olduğu dövlət orqanları (qurumları) tərəfindən təmin edilməlidir. Daimi komissiyanın üzərində adı həkk olunmuş blankı, ştampları və möhürü var. 1.6. Daimi komissiya öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.

Daimi komissiyanın sədri Baş nazir, sədr müavini rəqəmsal inkişaf və nəqliyyat naziri, üzvləri Baş prokuror, daxili işlər naziri, fövqəladə hallar naziri, xarici işlər naziri, müdafiə naziri, səhiyyə naziri, Dövlət Gömrük Komitəsinin sədri, Dövlət Mühafizə Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisidir.

Bundan başqa, qərarla "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası" təsdiqlənib. Bu Qayda "Aviasiya haqqında" qanunun 17.5-ci və 17.7-ci maddələrinə uyğun olaraq hazırlanıb, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın ölkə ərazisində, habelə Azərbaycana mənsub hava gəmisinin digər dövlətin ərazisində məruz qaldığı aviasiya hadisələri və insidentlərinin araşdırılması üzrə fəaliyyətini tənzimləyir.

Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, ona 13 nömrəli Əlavə ("Aviasiya hadisəsinin və insidentinin araşdırılması") ilə müəyyən olunmuş Beynəlxalq Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatının "Doc 9756, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması" və "Doc 9962, aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasına dair prosedurlar"a uyğun olaraq həyata keçirilir.скачать dle 11.3

Son xəbərlər