Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Poliklinikalarda xəstəlik kitabçaları niyə elektron sistemə keçirilmir? - TƏBİB aydınlıq gətirdi

22.09.2025 19:56 612
Poliklinikalarda xəstəlik kitabçaları niyə elektron sistemə keçirilmir? - TƏBİB aydınlıq gətirdi
Poliklinikalarda xəstəlik kitabçalarının elektron sistemə keçməməsi vətəndaşların haqlı narazılığına səbəb olub.

Median.Az
xəbər verir ki, bununla bağlı sosial şəbəkədə müzakirə aparılıb.

"Kağız üzərində olan xəstəlik kitabçaları nə işə yarayır? Yəqin, bilirsiniz, o kitabçalar hər dəfə klinikalarda itir. Saatlarla gözləyirik, tapılmayandan sonra yenisi açılır və s. İndi özümü pis hiss edirəm. "Kartoçka bürokratiyası"nın əlindən poliklinikaya müraciət etməyə tərəddüd edirəm", - deyə vətəndaş yazıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 2023-24-cü illər ərzində Bakı şəhərində yerləşən 13 və 20 nömrəli uşaq poliklinikalarında həyata keçirilən "Ambulator tibbi kitabçaların elektronlaşdırılması" istiqamətində pilot layihənin uğurlu nəticələri nəzərə alınaraq Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan digər tibb müəssisələrində də ambulator kitabçaların elektronlaşdırılması prosesi davam etdirilir.

"Artıq paytaxtın Yasamal rayonu ərazisində yerləşən 3, 16, 19, 39 nömrəli Şəhər Poliklinikaları, 2 nömrəli Qadın Məsləhətxanası, 1 və 5 nömrəli Tələbə Poliklinikaları, 5 və 10 nömrəli Uşaq Poliklinikaları, Nəsimi rayonu üzrə 5 və 20 nömrəli Şəhər, 1, 3 və 12 nömrəli Uşaq Poliklinikaları, 3 nömrəli Qadın Məsləhətxanası, Suraxanı rayonu üzrə Hövsan Sağlamlıq Mərkəzi, Binəqədi rayonunda isə 25 nömrəli Şəhər Poliklinikasında vətəndaşlara məxsus ambulator tibbi kitabçalarda olan məlumatlar əsasında data-baza formalaşdırılır.

Bununla yanaşı, paytaxtın beş rayonu üzrə ilkin səhiyyə xidməti müəssisələrinə (Yasamal, Səbail, Nəsimi, Nərimanov və Binəqədi rayonları) optik xətlərin çəkilməsi prosesi artıq yekunlaşıb. Bu ilin sonunadək daha altı rayon üzrə (Qaradağ, Sabunçu, Suraxanı, Xəzər, Nizami, Xətai rayonları) poliklinikalarda optik xətlərin çəkilməsi prosesinin yekunlaşdırılması nəzərdə tutulub", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə həyata keçirilən bu proses ilkin tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinin qarşısının alınmasına, yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında vətəndaşların sürətli şəkildə müvafiq həkimə yönləndirilməsinə imkan verir.

"Gələcəkdə ölkə üzrə vahid mərkəzləşdirilmiş sistemin yaradılması istiqamətində görülən bu tədbirlər icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən daha operativ və səmərəli istifadəni təmin edəcək", - deyə məlumatda vurğulanır.

Son xəbərlər