Mojo.az Banner
23:06 Limonlu suyun sağlamlıq üçün 3 faydalı xüsusiyyəti  |     22:59 Samvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldı  |     22:53 Kartla ödəniş edənlərə pis xəbər: Keşbek dövrü bitir? - Video  |     22:44 Azərbaycanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı dəyişiklik edildi  |     22:37 Gənclər buna görə valideyn olmaq istəmirlər - Psixoloq  |     22:29 İmişli sakini 2 milyon dollara "meteor" daşı satır - Video  |     22:23 Bu marşrutun avtobusları yenilənir - Ödəniş nağdsız olacaq  |     22:17 İran ABŞ-ni hədələdi: "Vaşinqton dəniz blokadasını ləğv etməsə, cavab verəcəyik"  |     22:11 Bu küçədə sərbəst hərəkət təmin edildi - Sürücülərin NƏZƏRİNƏ! - Video  |     22:04 Sumqayıtda yol-nəqliyyat hadisəsi olub, ölən var  |     21:59 Sabiq polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDU  |     21:53 Azərbaycanda pivə istehsalı artıb  |     21:35 50 manatlıq cərimə baha başa gəldi – 51 illik avtomobilini 6 ay sürə bilməyəcək  |     21:30 İşəgötürən işçini bu halda tibbi müayinəyə göndərəcək  |     21:23 Şəki təmsilçisi çempionatdan kənarlaşdırıldı  |     21:18 İsrailə Livanı bombalamaq qadağan edilib - Tramp  |     21:13 Bu ölkədə kütləvi əfv elan edildi  |     21:04 "Qarabağ" azarkeşlərə müraciət etdi  |     20:59 Qubadlının bu kəndlərində tikinti yekunlaşmır - Köç gecikir  |     20:53 Azərbaycanda qatarların maksimal sürəti açıqlandı  |    
Left Banner
Right Banner

Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb - FOTO

22.09.2025 13:09 705
Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb - FOTO
"By Elnur Music Hall" gecə əyləncə klubu bağlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi çərçivəsində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Nəsimi rayonu, Cavadxan küçəsi, ev 31C ünvanında fəaliyyət göstərən "By Elnur Music Hall" gecə əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- obyekt tikinti norma və qaydalarının tələblərinə uyğun ehtiyat təxliyə çıxışı ilə təmin olunmayıb;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb, tavan hissəsi və daxili divarları yanar örtüklə üzlənilib.

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş "By Elnur Music Hall" gecə əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub", - məlumatda deyilir.















скачать dle 11.3
Mojo.az Banner