Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Alimlər yadplanetlilərin Yeri müşahidə etdiyini düşündü, amma... - Bəs nə baş vermişdi?

20.09.2025 21:21 591
Alimlər yadplanetlilərin Yeri müşahidə etdiyini düşündü, amma... - Bəs nə baş vermişdi?
1991-ci ildə "Spacewatch” layihəsi Yerə çox yaxın orbitdə hərəkət edən bir cismi qeydə alıb. Bu obyektin trayektoriyası Yerinkinə oxşadığı üçün həmin vaxt bəzi alimlər onun yadplanetlilərə məxsus kosmik aparat ola biləcəyini düşünüblər. Obyekt "1991 VG” adlandırılıb və bu, elmi ictimaiyyətdə böyük sensasiya yaradıb.

Bu barədə "Wion" yazıb.

Sonrakı müşahidələr isə bunun yadplanetli gəmi deyil, əvvəllər məlum olmayan bir sinfə aid asteroid olduğunu sübut edib.

Bu sinifə sonradan "Arjuna” ailəsi adı verilib. Hazırda bu qrupa daxil olan 100-dən çox asteroid tanınır. Onlar adını hind eposu "Mahabharata"dakı Pendavlardan biri olan "Arjuna"dan alıb. Bu cür obyektlər bəzən Yerin cazibəsinə düşərək "mini-ay”a çevrilir, əks halda isə "kvazipeyk” adlandırılır.

Sonuncu kəşf – "Arjuna 2025 PN7” – 2 avqustda Havaydakı "Pan-STARRS” rəsədxanası tərəfindən müşahidə edilib. Arxiv məlumatlarının təhlili göstərib ki, bu asteroid 2014-cü ildən bəri qeydə alınıb və əslində artıq 60 ildir Yer yaxınlığında sabit orbitdə hərəkət edir. Alimlərin hesablamasına görə, daha təxminən 60 il də burada qalacaq.

Arjuna asteroidləri Yer ilə rezonansda hərəkət edir. Onlar planetə sanki "bağlıdırlar”, amma cazibə qüvvəsi ilə tam saxlanmırlar. Bəzən isə Yer onları ələ keçirir və bu zaman onlar həqiqi mini-aylara çevrilirlər.

Mini-ayların Yerin orbitində qalma müddəti bir neçə həftədən bir neçə aya qədər dəyişir. Alimlər Karlos de la Fuente Markos və Raul de la Fuente Markosun araşdırmasına görə, ötən il Yer "Arjuna 2024 PT5” adlı mini-aya sahib olmuşdu. O, 29 sentyabr 2024-cü ildə cazibə ilə tutulmuş və 25 noyabra qədər Yerin peyki kimi qalmışdı.
//qaynar.az

Son xəbərlər