Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kişi iş yoldaşının başına stəkanla vurub öldürdü - MƏHKƏMƏ

19.09.2025 17:33 621
Bakıda kişi iş yoldaşının başına stəkanla vurub öldürdü - MƏHKƏMƏ
Bakıda iş yoldaşını öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin məhkəməsi başlayıb.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə məhkəmə baxış iclası keçirilib.

Prosesdə prokuror ittiham aktını elan edib.

Möhsün Abdullayev 1970-ci ildə Gədəbəy rayonunda anadan olub. 1997-ci ildə zorlama əməlinə görə məhkum olunub, azadlığa çıxdıqdan sonra qəlibçi işləyib. Abdullayev ittiham üzrə özünü qismən təqsirli bilib.

İfadəsi zamanı Möhsün Abdullayev iş yoldaşını masanın üzərindən götürdüyü stəkanla cəmi bir dəfə vurduğunu qeyd edib. Onun sözlərinə görə, buna Bahadur Tağıyevin onu əsassız yerə söyməsi səbəb olub. Prokuror təqsirləndirilən şəxsə istintaqda fərqli ifadə verdiyini bildirib.

İttihama görə, Möhsün Abdullayev masanın üzərində olan dəstəkli stəkanı götürdükdən sonra Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Nəticədə zərərçəkənin başından qan axmağa başlayıb. Sonra yumruqla ona zərbələr vurub. Məqsədi Tağıyevdən işlətdiyi nalayiq ifadələrə görə qisas almaq olub.

Amma məhkəmə zalında Möhsün Abdullayev bildirib ki, məqsədi qisas olmayıb, sadəcə Bahadurun əlindən çıxmaqdan ötrü onu stəkanla vurub:

"Yumruqla onu vurmamışam. Bizi iş yoldaşım Tofiq Əsədov ayırdı, digər iş yoldaşlarımla birgə zərərçəkmişə tibbi yardım göstərdik. Hadisə təxminən saat 16-da baş versə də, Təcili Tibbi Yardıma 2 saatdan sonra məlumat verdik".

Zərərçəkmiş şəxsin hüquqi varisi olan həyat yoldaşı məhkəmə zalında ağlayıb. O, üzünü təqsirləndirilən şəxsə tutaraq bildirib ki, kaş ki onun yoldaşını öldürməzdi, övladlarını atasız qoymazdı. Qadın Möhsün Abdullayevdən hansı səbəbə görə, ərini qətlə yetirdiyini soruşub. Təqsirləndirilən şəxs bir daha bildirib ki, Bahadur Tağıyevi nalayiq ifadələrə görə, özündən asılı olmayaraq vurub. Stəkanı əlinin ovucunda saxlayıb. Onun aldığı xəsarətdən öləcəyini düşünməyib.

Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, Möhsün Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər