Mojo.az Banner
SON DƏQİQƏ
13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda qohumunu öldürməyə cəhd edən şəxsə hökm oxunub

27.08.2018 18:59 1 948
Sumqayıtda qohumunu öldürməyə cəhd edən şəxsə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Aqil Abdullayevin (1975-ci il təv.) CM-nin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

Median.Az
xəbər verir ki, DİN-n yaydığı məlumata əsasən, bu il aprelin 2-də Sumqayıt şəhərinin ərazisindən naməlum şəxs koma halında Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Məlum olub ki, hadisə 21-ci məhəllə ərazisində baş verib, yaralanan şəxsin Süleyman Abdullayev (1998-ci il təv.) olması aydınlaşdırılıb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Cinayətin onun qohumu Aqil Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Məhkəmə prosesində ittiham üzrə A.Abdullayev özünü qismən təqsirli bilib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib. Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş Süleyman Abdullayev onu dəfələrlə təhqir edib, telefonuna mesajlar yazıb : " Bu barədə onun atasına məlumat vermişəm. Onu bıçaqla hansı şəraidə vurmağım yadımda deyil. Həmin vaxt bıçağı əlimdən aldılar. O, mənim arvadım haqqında artıq-əskik danışırdı".

Zərərçəkmiş Süleyman Abdullayev bildirib ki, mübahisə aralarındakı pul söhbətinə görə baş verib. O, təqsirləndirilən şəxsin həyat yoldaşı ilə aralarında heç nə olmadığını deyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
скачать dle 11.3

Son xəbərlər