Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanışını öldürməyə cəhd edən Sumqayıt sakini 10 il cəza alıb

24.05.2019 17:46 3 180
Tanışını öldürməyə cəhd edən Sumqayıt sakini 10 il cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Ataş Rəşidovun CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, cinayət ötən il avqustun 29-da Sumqayıt şəhərnin 12-ci mikrorayonunda baş verib. Ataş Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb. Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

Xatırladaq ki, ötən prosesdə A.Rəşidov ittiham üzrə özünü qismən təqsirli biib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Bəxtiyar Allahverdiyev bacısının “WhatsApp”ına yazıb:
“Bunu mənə bacım göstərdi. “Salam” yazan şəxsin Bəxtiyar olduğunu öyrəndim. Bəxtiyarı “WhatsApp”da təhqir edib, onların evlərinə getdim. Onu çölə çağıranda qapının qarşısında məni yumruqla vurdu. Bu zaman özümü müdafiə etmək üçün Bəxtiyara bıçaqla iki zərbə endirdim”.

Zərərçəkmiş B.Allahverdiyev “WhatsApp”da tanımadığı nömrəyə salam yazdığını etiraf edib.

Məhkəmənin hökmü ilə təqdirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3
Mojo.az Banner