Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |    
Mojo.az Avto
Mojo.az Avto

"Mayak" kafesində ofsiant müştərinin kartından oğurluq etdi

17.09.2025 22:55 582
Bakıda fəaliyyət göstərən "Mayak” kafesinin ofisinatı müştərinin bank kartından oğurluq edib.

Müştəri hesabı kartla ödəmək istəyib. Lakin kafedə POS terminal olmadığından bu, mümkün olmayıb. Ofisiantlardan biri kartla ödəniş etməyin mümkün olduğunu deyib. Müştəri də kartını ona verib. Ofisiant müştəridən kartın pin kodunu istəyib. Ona inanan müştəri pin kodu deyib. Bir neçə dəqiqədən sonra ofisiant kartı müştəriyə geri qaytararaq, hesabın ödənildiyini bildirib.

Müştəri yalnız səhəri gün kartında olan bütün vəsaitin çıxarıldığını görüb. Dərhal "Mayak” kafesinə gedərək orada işləyənlərə kartından 1006 manat pul çıxarıldığını bildirib və vəsaitin geri qaytarılmasını tələb edib. Bundan sonra isə Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə müraciət edib.

Müştərinin kartı verdiyi ofisiant saxlanılıb. O, törətdiyi əməli etiraf edib. Ofisianta qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işinə Suraxanı Rayon Məhkəməsində Namiq Kərimovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə ona 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Onun ev dustaqlığında saxlanıldığı 5 ay müddət 1 günə 2 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 4 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
//qaynar.az

Son xəbərlər