Mojo.az — elanlar
Son Xəbərlər
21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Masazır və Xırdalanda qiymətlər Bakıdan niyə bahadır?

17.09.2025 22:38 663
Masazır və Xırdalanda qiymətlər Bakıdan niyə bahadır?
Son illər insanlar hazır mənzillərlə yanaşı tikintisi başa çatmayan mənzilləri də almağa üstünlük verirlər. Belə mənzillərə tələbat isə qiymət artımına səbəb olur.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, son bir ildə belə tip mənzillərin qiyməti 30-50 faiz artıb:

"Mərkəzə yaxın ərazilərdə əvvəllər mənzillərin kvadratı 800-1200 manat arası dəyişirdisə, hazırda bu rəqəm 1500-2000 manatdır. Buna səbəb isə mərkəz və mərkəzə yaxın ərazilərdə artıq bina tikilməsi üçün torpaq sahələrinin qalmamasıdır. Tikinti şirkətləri daha çox yaşayış massivlərini sökərək həmin ərazilərdə yeni binalar inşa edirlər, bu xərcləri də tikinti şirkətləri qarşılayır. Buna görə də qiymətlər artır".

Ekspertin sözlərinə görə, əhalinin sıx yaşadığı ərazilərdə də qiymət artımı özünü göstərir. Bakının müxtəlif ərazilərdə baş verən çöküntülərə görə, vətəndaşların böyük qismi Bakı ətrafı ərazilərə üz tuturlar, ona görə də Xırdalan, Masazır, Sumqayıtda əmlakların satış qiymətləri faiz dərəcələri nisbətindən paytaxtdan daha çox hesablanır. 2040-ci ilə Bakı şəhəri baş planda təsvir olunduğu formada olacaq. //Milli.Az

Son xəbərlər