Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |     18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |     17:51 Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs öldü  |     17:50 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye  |     17:48 Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına rəsmi cavab (Yenilənib)  |     17:43 Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi  |     17:23 İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat  |     17:22 Azərbaycanda 23 milyondan çox bank kartı var - Maraqlı rəqəmlər  |     17:21 Sabah bir rayonda qaz olmayacaq  |     17:17 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb - Foto  |     17:17 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? – Deputatdan təklif  |     17:15 Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik  |     17:06 Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı  |     16:36 Alyona Əliyeva Şamaxıda uşaq bağçalarının açılışından paylaşım edib - Foto  |     16:35 Aydın Mirzəzadə: "Ermənistan Azərbaycandan üzr istəməlidir"  |     16:27 Naxçıvanda həkim əsgər ölümünə görə həbs edildi  |     16:22 NVIDIA Ermənistanda: Bəs Azərbaycan? — İqtisadçılar danışdı  |     16:11 Qazaxda evdə partlayış oldu: Xəsarət alan var  |     16:08 Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Terrorçuluğa görə Azərbaycanda həbsdə olan livanlı erməni muzdlunun aclıq etməsi xəbəri təsdiqini tapmayıb

16.09.2025 20:09 984
Terrorçuluğa görə Azərbaycanda həbsdə olan livanlı erməni muzdlunun aclıq etməsi xəbəri təsdiqini tapmayıb
Erməni mətbuatında Azərbaycanda terrorçuluğa görə 20 il azadlıqdan məhrum edilmiş Eulcekciyan Viken Abrahamın guya aclıq etməsi barədə yenidən məlumat yayılır.

Bir müddət əvvəl analoji məlumatlar dərc olunarkən bu məlumatların həqiqətə uyğun olmaması və məhkumun hazırda cəzasını çəkməsi ilə bağlı informasiyalar yayıldı.

"Report"un məsələ ilə bağlı yenidən dəqiqləşdirdiyi məlumata əsasən, Qarabağda döyüşən livanlı muzdlu Eulcekciyan Viken Abrahamın aclıq etmir və hazırda cəzasını çəkir.

Qeyd edək ki, təqsirləndirilən şəxs 2020-ci ildə Vətən Müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekciyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 20 il azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki o cəzasının ilk 5 ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir.
//report

Son xəbərlər