Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

KİV Kadırovun xəstəliyindən yazdı: "Çox arıqlayıb, ləng hərəkət edir"

15.09.2025 21:26 441
KİV Kadırovun xəstəliyindən yazdı:
Rusiya və Çeçenistan mediasında Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin pisləşməsi ilə bağlı xəbərlər getdikcə daha çox yayılır.

Qaynarinfo xəbər verir ki, rusiyalı jurnalist İrina Mişinanın yazdığına görə, onun son videolarda görünüşü narahatedicidir: Kadırov xeyli arıqlayıb, yavaş və gərgin hərəkət edir. Onun sözlərinə görə, Qroznıdakı mənbələr siyasətçinin böyrəklərində ciddi problemlərin olduğunu təsdiqləyir. Bildirilir ki, Kadırova sidiyin axıdılması üçün xüsusi drenaj sistemi – nefrostoma quraşdırılıb.

Mənbələrin məlumatına əsasən, bu vəziyyətdə Kadırov faktiki olaraq respublikanın idarəçiliyindən kənarda qalıb. Əsas funksiyaları Çeçenistan hökumətinin başçısı Maqomed Daudov öz üzərinə götürüb, güc strukturlarının isə ehtimal ki, Kadırovun oğlu Adamın nəzarətinə keçəcəyi bildirilir.

Avqustun əvvəlində yerli televiziya Kadırovun Qroznıda Putinin adını daşıyan mikrorayonun tikintisinə baxış keçirdiyi kadrları nümayiş etdirmişdi. Görüntülərdə o, açıq şəkildə narahatlıqla və yavaş hərəkət edirdi. Sentyabrda təhsil mərkəzinə səfəri zamanı yayımlanan süjetdə də oxşar əlamətlər müşahidə olunub. Operatorlar isə əsasən qısa və uzaqdan çəkilmiş protokol kadrları ilə kifayətləniblər. Böyrəklə bağlı ağır problemləri olan xəstələrə qoyulan nefrostoma uzun illər yaşamağa imkan verir, lakin fiziki aktivliyin məhdudlaşdırılmasını və ehtiyatlı həyat tərzini tələb edir.скачать dle 11.3



Mojo.az Banner