Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ramzan Kadırovun koronavirusa yoluxduğu ehtimal olunur

21.05.2020 22:56 1 725
Ramzan Kadırovun koronavirusa yoluxduğu ehtimal olunur
Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.

Median.Az
RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə tibbi dairələrdəki mənbə bildirib.

Kadırovun köməkçisi Çeçenistan rəhbərinin səhhətilə bağlı açıqlama verməsə də, bildirib ki, o, koronavirusla bağlı yaradılmış Əməliyyat Qərargahının fəaliyyətinə şəxsən nəzarət edir.

Lenta.ru-nun məlumatına görə isə, bir neçə gün əvvəl Ramzan Kadırovun səhhəti pisləşib və həkimlər onun paytaxt xəstəxanalarının birinə yerləşdirilməsini məsləhət biliblər.

İlkin olaraq, Kadırovun ağ ciyərlərində iltihabın olduğu bildirilib. Onun koronavirusa yoluxduğu ehtimal olunur.

Son xəbərlər