Mojo.az Banner
15:48 DİN: İtkin düşən 6 nəfər tapılıb  |     15:00 Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib  |     14:24 Devid Kleyton-Tomas vəfat etdi  |     13:40 Ağsuda narkotik plantasiyası aşkar edildi  |     12:55 “Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb  |     12:14 Yaponiyada leysan və qasırğa səbəbindən 2,23 milyondan çox insan təxliyə edilib  |     11:50 Azərbaycan nefti BAHALAŞDI  |     11:49 Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir  |     11:48 Lənkəran meşələrində itkin düşən 8 nəfərin XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     11:45 Azərbaycanda səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçu vəfat etdi  |     11:42 34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi - FOTO  |     11:39 Türkiyədə evlilik dələduzluğu: Azərbaycanlı qadın və şəriki həbs olundu  |     11:35 Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:34 Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb  |     11:00 Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq  |     10:57 Venesuelada zəlzələ nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI  |     23:00 Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldı  |     22:55 Nənəsinin evindən xalasının pullarını oğurladı - Günü 250 manata ev tutdu  |     22:47 İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var  |     22:42 Bakıda qaçırdığı avtomobili icra hakimiyyətinin həyətində saxladı  |    
Left Banner
Right Banner

Bakı və Astana ictimai asayişin təmin edilməsində təcrübə mübadiləsini müzakirə edib

15.09.2025 18:53 786
Bakı və Astana ictimai asayişin təmin edilməsində təcrübə mübadiləsini müzakirə edib
Qazaxıstanın Daxili İşlər Nazirliyinin (DİN) Milli Qvardiyasının nümayəndə heyəti Bakıya səfər çərçivəsində azərbaycanlı həmkarlarının ictimai asayişin təmin edilməsi üzrə iş təcrübəsi ilə tanış olub.

Bu barədə "Report"un yerli bürosu Qazaxıstan DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

"Qazaxıstan nümayəndə heyətinin rəhbəri, daxili işlər nazirinin müavini, Milli Qvardiyanın Baş komandanı Ansaqan Baltabekov Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovla görüşüb. Onunla ictimai asayişin təmin edilməsi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələlərini müzakirə edib. O, həmçinin Azərbaycanın Daxili Qoşunlarının komandanı Şahin Məmmədovla görüş keçirib", - nazirliyin məlumatında bildirilib.

Bundan əlavə, Qazaxıstanın nümayəndə heyəti Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş İctimai Təhlükəsizlik İdarələrinin fəaliyyəti ilə tanış edilib.

Görüşlər zamanı A.Baltabekov ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində son illər ərzində əldə edilmiş təcrübə və ən yaxşı praktikalarla mübadilənin vacibliyini qeyd edib.

Azərbaycan Daxili Qoşunlarının komandanı general-leytenant Şahin Məmmədov öz növbəsində xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi üçün Qazaxıstan tərəfi ilə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.

DİN-dən qeyd edilib ki, Qazaxıstan nümayəndə heyəti Bakı şəhərində ictimai asayişi təmin edən hərbi hissə ilə tanış edilib, silah və texnika növləri təqdim edilib.

Qazaxıstan nümayəndə heyəti, həmçinin 2014-cü ildən kursantlara təlim keçən Daxili Qoşunların hərbi institutunu ziyarət edib. "Tərəflər zabit kadrlarının hazırlanması, təlim metodikası barədə fikir mübadiləsi aparıblar, həmçinin iki ölkənin hüquq-mühafizə qoşunlarının təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər", - məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner