Mojo.az Banner
19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |     18:43 Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru  |     18:37 Qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı  |     18:30 Bazar günü hava necə olacaq?  |     18:24 Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı artdı  |     18:15 Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı  |     18:09 Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - VİDEO  |     18:01 Mask bunu da etdi - Ağzını açmadan danışa bildi (VİDEO)  |     17:55 "Çelsi" səfərdə uduzdu  |     17:45 Suriyada silah anbarında partlayış: 11 hərbçi öldü  |     17:22 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi  |     17:07 Göygöl rayonuna dolu düşüb - Faktiki hava  |     17:02 Bakıda baş verən güclü yanğın söndürülüb (Video)  |     16:48 Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam  |     16:38 Füzulidə ağır qəza - Ölən və yaralananlar var  |     16:22 Pensiya və minimum əməkhaqqı artır - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Nepalda komendant saatı və kütləvi toplantılara qadağa ləğv edilib

13.09.2025 19:17 792
Nepalda komendant saatı və kütləvi toplantılara qadağa ləğv edilib
Nepal hökuməti bu həftənin əvvəlindən tətbiq edilən komendant saatı və qadağanedici göstərişləri ləğv edib.

Bu barədə Median.Az "The Himalayan Times" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, ordu məhdudiyyətləri şənbə günü səhərədək tətbiq edib, lakin onlar qaldırıldıqdan sonra ictimai nəqliyyat fəaliyyətini bərpa edib, şəhərlərarası avtobuslar isə Katmandudan ölkənin müxtəlif bölgələrinə yola düşüb. Paytaxtda nəqliyyatın və insanların böyük sıxlığı var.

Məhdudiyyətlərin aradan qaldırılması ölkənin keçmiş baş hakimi Suşila Karkinin Nepalın müvəqqəti Baş naziri kimi and içməsindən bir gün sonra baş verib. O, ölkə tarixində hökumətə rəhbərlik edən ilk qadın olub.

Karki altı ay ərzində parlament seçkilərinin keçirilməsi və hakimiyyətin təhvil verilməsi vəzifəsi daşıyan müvəqqəti administrasiyaya rəhbərlik edəcək. Hökumətin məlumatına görə, ölkədə təhlükəsizlik vəziyyəti tədricən normallaşır.

Xatırladaq ki, Nepalda etirazlar hakimiyyətin bütün sosial şəbəkələri bloklamaq qərarına görə başlamışdı. Etirazçılar hökuməti iqtisadi problemlərə və korrupsiyaya görə də tənqid edirdilər. Sentyabrın 9-da sosial şəbəkələrdən istifadəyə qoyulan qadağa aradan qaldırılsa da, etirazlar dayanmamışdı.
скачать dle 11.3
Mojo.az Banner