Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Palçıq vulkanlarına yaxın ərazilərdə yaşayan şəxslərin diqqətinə

12.09.2025 18:42 552
Palçıq vulkanlarına yaxın ərazilərdə yaşayan şəxslərin diqqətinə
Palçıq vulkanları yalnız geoloji hadisə deyil, həm də yaxın ərazilərdə yaşayan insanlar üçün ciddi risk amilidir. Bu risklər həm kimyəvi, həm də bioloji baxımdan insan sağlamlığına təsir göstərə bilir.

Məsələ ilə bağlı Baku.ws-ə açıqlama verən geoloq Əvəz Məmmədov bildirib ki, vulkan yaxınlığında yaşamaq xüsusilə intensiv püskürmələr zamanı təhlükəlidir:

"Vulkan yaxınlığında yaşayanlar üçün risklər mövcuddur. Belə ki, intensiv püskürmə zamanı yerin altından müxtəlif qazlar və kimyəvi maddələr çıxır. Bu maddələr havaya yayıldıqda insan orqanizmi üçün zərərli ola bilər. Eyni zamanda, vulkanın püskürdüyü palçıq bioloji mühitə də mənfi təsir göstərir".

Geoloqun sözlərinə görə, hazırda dünyada 800-dən çox palçıq vulkanı mövcuddur və onların təxminən 300-ü Azərbaycanın payına düşür: "Bu vulkanların bir qismi Xəzər dənizində, bir qismi isə yaşayış məntəqələrindən uzaq ərazilərdə yerləşir. Lakin bütün vulkanlarda davamlı müşahidə aparılmır. Hazırda yalnız bir vulkan ərazisində qeydiyyat və monitorinq aparmaq üçün xüsusi qurğu quraşdırılıb. Mən əminəm ki, bu addım yaxın gələcəkdə konkret nəticələr verəcək və püskürmələrin müəyyən qədər proqnozlaşdırılmasına imkan yaradacaq".

Mütəxəssis əlavə edib ki, palçıq vulkanlarının fəaliyyətinin izlənməsi həm insanların təhlükəsizliyi, həm də təbiət hadisələrinin daha yaxşı öyrənilməsi baxımından vacibdir.

Son xəbərlər