Mojo.az Banner
16:14 İcbari avtosığorta qaydalarına dəyişiklik edilib, Bonus-Malus sistemi əvəzlənir  |     15:25 Metro fəaliyyətini bərpa etdi  |     15:04 Arvadının qulağını dişlədi, amnistiyaya düşdü  |     15:00 Bu halda valideyn və müəllim 200 manat cərimələnəcək  |     14:50 Bakı metrosu nə vaxt açılacaq?  |     14:49 İtaliyada "Formula-1" pilotlarına qarşı irimiqyaslı ARAŞDIRMA BAŞLADI  |     14:25 “Əhmədin xəstəxanadan buraxılması tamamilə cəfəngiyyatdır” - Rəsmi  |     14:19 Qiymətlər niyə durmadan artır? - Problemin ƏSAS SƏBƏBLƏRİ AÇIQLANDI  |     14:12 SON DƏQİQƏ - Bakı metrosunun bütün stansiyalarına giriş bağlandı (Video)  |     14:07 Neft və qaz bahalaşır — Enerji qiymətləri 50 faiz artacaq  |     12:19 TƏBİB-in yeni rəhbəri 5 müşaviri və departament rəhbərini işdən çıxardı  |     12:17 Kənar Dairəvi yolda DƏHŞƏTLİ QƏZA: ÖLƏN və xəsarət alanlar var - FOTO  |     12:16 Bakı-Qazax yolunda maşında Türkiyə vətəndaşının meyiti tapılıb  |     12:14 Röya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır - FOTO  |     12:08 Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi  |     12:07 Azərbaycan nefti 6 dollardan çox BAHALAŞDI  |     12:06 Bəzi yerlərdə YAĞINTI intensivləşib: Dağlıq ərazilərdə QAR YAĞIR - FAKTİKİ HAVA  |     12:05 Bakı-Qəbələ-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək  |     12:04 Azərbaycandan Ermənistana dizel göndəriləcək  |     12:03 İndoneziya sahillərində güclü zəlzələ  |    
Left Banner
Right Banner

Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə

12.09.2025 11:44 318
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
"Bakı Metropoliteni” QSC tərəfindən sentyabrın 15-dən tətbiq ediləcək payız-qış hərəkət qrafikinə əsasən, metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endirilir.

Bu barədə "Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, bu göstərici 34 cüt/saat prinsipi (1 saat ərzində 1 stansiyadan hər iki istiqamətdə keçən qatarların sayı) əsasında əldə olunub və bununla da son bir il ərzində artıq ikinci dəfə tarixi rekord qeydə alınıb: "Bu ilin may ayında mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşmə işləri sayəsində interval pik saatlarda 1 dəqiqə 52 saniyəyə endirilmişdi. İndi isə görülmüş əlavə tədbirlər, rəqəmsallaşma sahəsində tətbiq olunmuş yeniliklər pik saatlarda qatarların hərəkətinin daha da sıxlaşdırılmasına imkan yaradıb. 

Qeyd edilən texniki və rəqəmsal yeniliklər sayəsində 34 cüt qatarla hərəkət sxeminə keçid öz növbəsində sərnişindaşıma potensialını əhəmiyyətli dərəcədə artırır. Beş vaqondan ibarət bir qatarın maksimal tutumunun 1600 nəfər olduğunu nəzərə alsaq, bu hesabla, hər iki istiqamətdə əlavə olunan qatarların daşıma gücü eyni vaxtda 6400 sərnişinə çatır. Yeni qrafik üzrə təşkil olunmuş 34 cüt qatarın dövriyyəsi nəticəsində pik saatların ümumi müddəti ərzində, yəni təxminən 4,5 saatda 28 800 sərnişinin daşınması mümkün olacaq. İş günlərinin ümumi həcmi ilə birlikdə bu rəqəm illik hesabla 8 milyondan artıq sərnişinin daşınmasına əlavə imkan yaradacaq”.

Yeni qrafikə əsasən "28 May–Əhmədli” sahəsində:

- İş günləri səhər (saat 07:30–09:30) və axşam (saat 17:00–19:30) pik saatlarda interval 1 dəqiqə 45 saniyə təşkil edəcək;

- Səhər saat 07:00–07:30 aralığında interval 1 dəqiqə 52 saniyə, 09:30–10:00 aralığında isə 2 dəqiqə olacaq;

- Axşam 19:30–20:00 aralığında interval 2 dəqiqəyə qədər saxlanılacaq.

Qeyd edilib ki, pik saatlarda intervalda edilmiş bu dəyişiklik sərnişinlərin rahat və təhlükəsiz hərəkətinin təminatı istiqamətində mühüm nəticə olmaqla yanaşı, sentyabrın 15-dən proqnozlaşdırılan sərnişin tələbatının qarşılanması baxımından da əlavə imkanlar yaradır.
скачать dle 11.3
Mojo.az Banner